Icma.az
close
up
RU
BMT missiyası təklifi ilə əlaqədar SUALLAR TƏHLİL

BMT missiyası təklifi ilə əlaqədar SUALLAR TƏHLİL

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada beynəlxalq idarəçiliyin tətbiqinin Qərb siyasətinin elə məhz beynəlxalq qınağa səbəb olacağı qənaəti var və bu, həqiqətən də çox düşündürücüdür. Çünki tarixi faktlar və kifayət qədər təcrübələr belə bir qənaətə gəlməyə əsas verir və düşünməyə də vadar edir. Bununla belə, beynəlxalq idarəçiliklə bağlı təklifin olması da reallıqdır və hələ də həmin təklif müzakirəyə səbəb olub.

BMT missiyasi ilə bağlı müəmmalı məqamlar var və buna görə də sualların yaranması tamamilə anlaşılan, başadüşüləndir

Bildiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Murmansk vilayətinə etdiyi işgüzar səfəri zamanı seçkilərin keçirilməsi üçün BMT-nin himayəsi altında Ukraynanın “müvəqqəti idarəçiliyi”nin tətbiqini təklif edib. Nümunə olaraq, Rusiya lideri keçmiş Yuqoslaviyanın bir hissəsi olan Şərqi Timor və Yeni Qvineyanı da göstərib və misal da çəkib. Sözsüz ki, belə bir təklif eyni şəkildə, yaxud birmənalı qarşılana bilməzdi. Heç qarşılanmayıb da. Amma istənilən halda, təklif barədə düşünməyə dəyər. Yəqin ki, məqsəd hansısa “həll yolunun” tapılmasından ibarət olmalıdır. Lakin bu məqsədin reallıqla nə dərəcədə uzlaşacağı hələ də sual olaraq qalır. Ümumiyyətlə, missiya ilə bağlı suallar hələ də olduqca düşündürücüdür. Daha dəqiq desək, Ukraynada müvəqqəti idarəçiliklə bağlı BMT missiyası təklifi ilə əlaqədar ortaya suallar çıxır. Ona görə ki, BMT missiyasi ilə bağlı bir çox müəmmalı məqamlar var və buna görə də sualların yaranması tamamilə anlaşılan, eləcə də başadüşüləndir.

Ümid edirik ki, BMT-nin himayəsi altında Ukraynanın “müvəqqəti idarəçiliyi”nin tətbiqi təklifi məsələnin həllinə hesablanıb. Hər halda, Rusiya lideri münaqişənin davam etməsində maraqlı olmamalıdır, çünki Ukrayna lideri Zelenskidən fərqli olaraq, mübarizəni öz hesabına, öz ölkəsinin vəsaitləri hesabına davam etdirməli olacağına əmindir. Əmindir ki, bu vaxta qədər olduğu kimi, bundan sonra da Rusiya ancaq öz vəsaitləri hesabına müharibə aparmalı olacaq və hətta bundan sonra da bir çox əlavə sanksiyalarla qarşılaşa bilər. Bu isə ümumiyyətlə, Rusiya kimi bir ölkəyə də, həmin ölkənin prezindentinə də qətiyyən sərf etmir. Hər halda, bu baxımdan həmin təklifin Rusiya tərəfindən edilməsi də gözlənilən idi. Lakin həmin təklifin qəbul olunacağı, yaxud effektiv olacağı hələ də sual altındadır.

“Beynəlxalq idarəçilik” təklifi edərkən, Rusiya lideri əlbəttə ki, beynəlxalq aləmdə müşahidə edilən “nümunələrə” də istinad edib

Nəzərə çatdıraq ki, “beynəlxalq idarəçilik” termini 1919-cu ildə Millətlər Liqasının Paktı ilə təqdim edilibdir. Əvvəlcə bu, keçmiş müstəmləkələr üçün yaradılmış siyasi və hüquqi rejimi nəzərdə tuturdu. Onun elan edilmiş məqsədi əhalinin siyasi, iqtisadi və sosial inkişafını özünüidarəyə hazırlıq səviyyəsinə çatdırmaq idi. 1945-ci ildə BMT Nizamnaməsi qəbul edildikdən sonra bu, daha da “genişləndirildi”. İndi o, təkcə keçmiş müstəmləkələrə deyil, həm də elə məhz hərfi mənada belə “fərdi razılaşmalar”la müəyyən edilən hər hansı digər hallara da şamil edilir.

Onu da nəzərə çatdıraq ki, beynəlxalq idarəetmənin həyata keçirilməsinin ümumi prinsipi var və bu barədə qeyd etmək tamamilə yerinə düşər. Diqqətə çatdıraq ki, bir və ya bir neçə BMT üzvü dövlətə konkret ərazilərin birbaşa idarə edilməsi üçün hüquqi sənədin, yəni mandatın verilməsinə Təhlükəsizlik Şurası icazə verir. Bir qayda olaraq, bu statusda Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa hesab olunur. Unutmaq olmaz ki, verilmiş mandatlarda müvafiq ərazinin idarə edilməsi şərtləri və BMT-yə müntəzəm hesabat verilməsi tələbi də öz əksini tapır. Xüsusən də xatırladaq ki, haqqında qeyd olunan “idarəetmə” məhz yerli əhali tərəfindən qanuni hakimiyyət orqanları formalaşana və əsas qanun qəbul edilənə qədər həyata keçirilir.

Keçmişə nəzər saldıqda və təcrübələrə müraciət etdikdə görürük ki, tarix boyu “beynəlxalq idarəçilik” rejimi Yaxın Şərq, Afrika və Okeaniyadakı keçmiş müstəmləkələrə tətbiq edilib. Bundan əlavə, yuxarıda qeyd olunan “fərdi razılaşmalar” əsasında BMT-nin protektoratlarının yaradılmasına dair bir neçə nümunə də var. Görünür, Vladimir Putin elə məhz onlara, həmin “nümunələrə” istinad edib. Hər halda, həmin nümunələrin hansılar olduğunu bilməyə və onları ayrıca nəzərdən keçirməyə dəyər.

Təcrübələr hadisələrin gedişatı ilə bağlı düşünməyə vadar edir və məlum təklif bu baxımdan düşündürücüdür

Nədən söhbət getdiyini və beynəlxalq idarəetmənin hansı şəkildə təzahür etdiyini, hansı formada yadda qaldığını da sadalamağa dəyər. Məsələn, yeni Qvineya ilə bağlı bir çox məqamlar əslində, heç unudulmamalıdır da. Ən azından bir çox məqamları yada salmaq tam bu anda yerinə düşür. Ələlxüsus da Yeni Qvineya kimi ölkələr təcrübi olaraq, heç də diqqətdən yayına bilməz. Beləki, 1949-cu ildə Hollandiya koloniyası olan İndoneziyanın Hollandiyadan “üz çevirərək”, öz müstəqilliyini elan etməsi heç də uzaq keçmiş sayılmır və yaxşıca yadda da qalır. Eyni vaxtda Amsterdamın məhz Yeni Qvineya adasının qərb hissəsini ilhaq edərək, onu yeni dövlətə verməkdən imtina etdiyi da fakt olaraq, qəbul edilir. Nəticədə, məsələnin yerli qruplar arasında silahlı qarşıdurmaya qədər böyüdüyü də bir reallıqdır, nağıl, uydurma deyil. Bilirik ki, hətta onların hər biri müvafiq olaraq, İndoneziya, ya da Hollandiya tərəfindən dəstəklənib də. Onu da bilirik ki, bu münaqişə 1962-ci il Nyu-York sazişi ilə dayandırılıb. BMT-nin mənzil-qərargahında imzalanan və Baş Assambleya tərəfindən təsdiqlənən sənəd Qərbi Yeni Qvineyanın BMT protektoratına verilməsinə icazə verib. Məhz BMT administrasiyasının fəaliyyətini ABŞ, Kanada və Pakistandan olan sülhməramlı kontingentlər təmin edib. BMT-nin müvəqqəti administrasiyasının “işindən” sonra 1969-cu ildə Qərbi Yeni Qvineyada referendum keçirildiyi də bəllidir və onun İndoneziyaya qoşulmasına icazə də verilib.

Daha bir nümunə olaraq, Kamboca da sayılır. 1970-ci illərdə özünü Amerika işğalından yenicə azad etmiş bir Asiya dövlətinin ərazisində vətəndaş müharibəsi başlamışdı. Münaqişə tərəflərinin kənardan dəstək üçün müraciət etdikləri də bu arada xatırlanılmalıdır. 1991-ci ildə münaqişə tərəflərinin Paris sazişini imzaladıqları da təsadüfi sayıla bilməz. İcrasına BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvləri də daxil olmaqla, 18 dövlətin zəmanət verdiyi sənəddə Kambocanın BMT-nin nəzarətinə keçməsi sanksiyalaşdırılmışdı və bu bir nümunə kimi də nəzərə alına bilər. BMT missiyası ABŞ, Rusiya, İngiltərə və Çin də daxil olmaqla 48 ölkənin nümayəndələrinin iştirakı ilə hərbi kontingent tərəfindən təmin edilmişdi. Bu məqamda onu da deyək ki, beynəlxalq protektorat 1993-cü ildə ümumi seçkilər və yeni konstitusiyanın qəbulu ilə nəticələndi.

Keçmiş Yuqoslaviya da öz növbəsində bir nümunədir. Hansıki, 1991-ci ildə Yuqoslaviya parçalanma dövrünə qədəm qoymuşdu. Bu, vətəndaş müharibəsi və xarici müdaxilə ilə müşayiət olunurdu. Millətlərarası münaqişələrin həlli BMT-nin rəsmi himayəsi altında həyata keçirilirdi. Bu prosesin tərkib hissəsi kimi iki beynəlxalq idarə yaradılmışdı. 1996-cı ildə BMT Təhlükəsizlik Şurası Xorvatiyanın şərq hissəsi, yəni, Srem-Baranja bölgəsi üçün BMT-nin icra orqanı yaratmışdı. 1999-cu ildə Təhlükəsizlik Şurası Kosovo üçün BMT missiyasını təşkil etmişdi. İlk əvvəl beynəlxalq administrasiyanın fəaliyyəti Rusiya, Belçika, İordaniya və Pakistandan olan sülhməramlılar tərəfindən təmin edilirdi. Bu missiya 1998-ci ildə tamhüquqlu yerli özünüidarəetmə orqanlarının formalaşdırılması ilə başa çatdırıldı. BMT-nin Kosovodakı missiyasına gəlincə, onun fəaliyyəti NATO kontingenti tərəfindən təmin edildi. Diqqətə çatdıraq ki, həmin bölgədə legitim hakimiyyət orqanları hələ də formalaşmayıb. Ümumiyyətlə, təcrübələr hadisələrin gedişatı ilə bağlı düşünməyə vadar edir və məlum təklif bu baxımdan düşündürücüdür.

Hələ ortada çoxlu suallar var və nələrin baş verəcəyi bundan sonra bəlli ola bilər...

Gördündüyü kimi, keçmiş müstəmləkələrlə yanaşı, xarici müdaxilə nəticəsində vətəndaş müharibəsinə “qərq olmuş” ölkələr üzərində də BMT protektoratları yaradılır. Təsadüfi deyil ki, Rusiya prezidenti Ukrayna üzərində beynəlxalq idarəçiliyin yaradılmasını təklif edərək, münaqişənin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini xatırladıb. Xüsusi hərbi əməliyyatın əsas səbəbi, ilk növbədə, 2014-cü ildə Kiyevdə çevriliş sayılır. Qərb dövlətlərinin birbaşa iştirakı nəticəsində bu baş vermişdi. Bunun nəticəsi və davamı məhz, əsas qurbanı Donbass olan vətəndaş müharibəsi hesab edilir. Xatırladaq ki, BMT missiyasının tətbiqi həm də bu faktın beynəlxalq hüquqi tanınması olacaq.

Sonda onu da diqqətə çatdıraq ki, Ukraynada BMT missiyasının yaradılması “fərdi razılaşmalarla” tənzimlənməli olduğundan, Rusiya Xarici İşlər Nazirliyi xüsusi sxem təklif edib. Beləki, əvvəlcə, münaqişə tərəflərindən biri və ya vasitəçi BMT-yə müraciət edir. Sonra təşkilatın baş katibinin müraciətinə icazə verilir, hansıki, António Guterreş artıq “təşəbbüsə” qarşı çıxıb. Ardınca da BMT Katibliyi Təhlükəsizlik Şurası adından BMT-nin müvəqqəti administrasiyasının strukturunu hazırlayır. O, həmçinin ştat cədvəlini, büdcə layihəsini və maliyyələşdirmə prosedurunu hazırlayır. Növbəti addım isə, administrasiyanın yaradılması ilə bağlı layihənin baxılması və səsvermə üçün BMT Təhlükəsizlik Şurasına təqdim edilməsidir. Unutmaq lazım deyil ki, qərar qəbul etmək üçün “məcburi şərt” Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin razılığıdır. Məsələ burasındadır ki, üzvlərin hamısının “razılığının alınmasına” nail olunacağı da sual altındadır. Deməli, hələ ortada çoxlu suallar var və nələrin baş verəcəyi bundan sonra bəlli ola bilər...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri