Icma.az
close
up
RU
BMT nin Cenevrə ofisində ilk dəfə eyni sessiyada ard arda üç Azərbaycan QHT si çıxış etdi

BMT nin Cenevrə ofisində ilk dəfə eyni sessiyada ard arda üç Azərbaycan QHT si çıxış etdi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə BMT-nin İnsan Hüquqları Şurasının Cenevrə ofisində azərbaycanlı QHT-lər tərəfindən anılıb.

Oxu.Az "Trend"ə istinadla xəbər verir ki, Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının Plenar sessiyasında ilk dəfə eyni ard-arda üç Azərbaycan QHT-si çıxış edib.

Belə ki, 5 mart 2025-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Erkən xəbərdarlıq və soyqırımın qarşısının alınması" mövzusunda panel müzakirəsində çıxış edib.

O, 26 fevral 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı haqqında danışaraq bunun insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. "Həmin gecə 2000-dən çox dinc azərbaycanlı amansızcasına qətlə yetirilib", - deyə o bildirib. Həmçinin, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtər şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi raket hücumlarını da xatırladıb.

Ədalətin zəfər çaldığını bildirən İskəndərli 2023-cü ildə Azərbaycanın Xocalı üzərində tam suverenliyini bərpa etdiyini qeyd edib. "Bu gün Xocalı doğma evinə qayıdan azərbaycanlı ailələr üçün yenidən ümid və sevinc mənbəyinə çevrilib, uşaqların gülüş səsləri bir daha eşidilir", - o əlavə edib.

Daha sonra "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli panel müzakirəsində çıxış edib.

O, çıxışına Xocalı soyqırımının 33-cü ildönümünü xatırladaraq başlayıb və 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu vəhşilik nəticəsində 613 dinc azərbaycanlının, o cümlədən 106 qadının, 63 uşağın və 70 yaşlı insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.

Nədimə Rəhimli çıxışında itkin düşmüş azərbaycanlıların taleyinə diqqət çəkərək bildirib ki, Birinci Qarabağ müharibəsində 1 275 nəfər girov götürülüb və onlardan 150-nin taleyi bu günədək naməlum olaraq qalır. O vurğulayıb ki, bu soyqırım nəticəsində 8 azərbaycanlı ailəsi tamamilə məhv edilib və bu, ermənilər tərəfindən azərbaycanlıları qorxu içində saxlamaq, məcburi köçkünlüyü sürətləndirmək məqsədilə planlaşdırılmış bir akt olub.

Bundan əlavə, panel müzakirəsində "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri Şəbnəm Səfərova çıxış edərək Azərbaycan QHT-lərinin silsilə çıxışlarını bu mövzu üzrə yekunlaşdırıb.

Çıxışında 26 fevral Xocalı soyqırımının 33-cü ildönümünü bir daha vurğulayıb, beynəlxalq ictimaiyyətin bu faciəni tanımasının vacibliyini qeyd edib.

Səfərova BMT-nin bu cür faciələrin qarşısının alınması məqsədilə qurduğu erkən xəbərdarlıq sistemlərinin mövcudluğuna baxmayaraq, bəzən bu mexanizmlərin effektiv olmadığını və faciələrin qarşısını almaqda yetərsiz qaldığını bildirib:

"Bu mexanizmləri daha effektiv etmək və xalqların öz hüquqlarını qoruması üçün daxili güclərini formalaşdırması üzərində düşünməliyik".

BMT-nin Cenevrə ofisində ilk dəfə eyni sessiyada ard-arda üç Azərbaycan QHT-si çıxış etdi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri