Icma.az
close
up
RU
BMT Nizamnaməsinə və Baş Assambleyasının çoxsaylı qətnamələrinə əsasən, Fransanın bəzi ərazilərdə dekolonizasiya aparmaq öhdəliyi var ŞƏRH

BMT Nizamnaməsinə və Baş Assambleyasının çoxsaylı qətnamələrinə əsasən, Fransanın bəzi ərazilərdə dekolonizasiya aparmaq öhdəliyi var ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 yanvar, AZƏRTAC

Son günlər Fransanın hökumət və parlament üzvləri Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Fransa xarici işlər naziri Jan Noel Barrotun ardınca, prezident Emmanuel Makronun faktiki lider olduğu “İntibah” partiyasının baş katibi və parlament fraksiyasının rəhbəri Qabriel Attal, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Fransanın müstəmləkəçiliyi ilə bağlı son iki ildə həyata keçirdikləri maarifləndirmə təşəbbüslərinin Fransa üçün təhdid törətdiyi barədə bəyanat verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.

Onun sözlərinə görə, Fransa tərəfinin bəyanatlarından belə çıxır ki, guya Parisin dənizaşırı ərazilərində heç bir problem yoxdur və bütün problemləri Azərbaycanın qeyri-hökumət təşkilatları son iki il ərzində yaradıb.

Fransa tərəfinin bu gülünc bəyanatları onun dənizaşırı ərazilərində yaşayan yerli əhalinin haqlı mübarizəsinə xələl gətirmək məqsədi daşıyır. Bu addımlar, həmçinin Fransanın siyasi rəhbərliyinin Azərbaycana qarşı qeyri-dost yanaşmasını hələ uzun müddət davam etdirmək niyyətində olduğunu göstərir.

"Fransanın mövqeyinin əsassız olduğunu göstərmək üçün aşağıdakı məqamları vurğulamaq istərdik:

Fransa öz ərazisindən minlərlə kilometr uzaqlıqda yerləşən, özü ilə heç bir mədəni-tarixi bağlılığı olmayan dənizaşırı ərazilərin hamısını müstəmləkəçilik ekspansiyası çərçivəsində əldə edib. BMT Nizamnaməsinə və BMT Baş Assambleyasının çoxsaylı qətnamələrinə əsasən, Fransanın həmin ərazilərdə dekolonizasiya aparmaq öhdəliyi var.

Fransa, həmin ərazilərdə dekolonizasiya aparmaq əvəzinə, 1945-ci ildən bəri metropoliyadan əhalinin həmin ərazilərdə köçürülməsi yolu ilə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək üçün sistematik səylər göstərib və yerli əhalinin öz müqəddəratını təyin etmək səylərini boğub. Fransa hakimiyyət orqanları Yeni Kaledoniyada 1976–1984-cü illərdə və 2024-cü ildə dinc etirazlar zamanı onlarla yerli sakini qətlə yetirib. 1967-ci ildə Qvadelupada Fransa müstəmləkə orqanlarının irqi ayrı-seçkiliyinə qarşı yerli əhalinin dinc etirazlarının yatırılması zamanı bəzi məlumatlara görə, 200-ə yaxın yerli sakin öldürülüb. Fransa hakimiyyət orqanları dənizaşırı ərazilərdə sərbəst toplaşma azadlığını və ifadə azadlığını davamlı olaraq məhdudlaşdırır.

Bütün təzyiqlərə baxmayaraq, yerli əhalinin öz müqəddəratını təyin etmə uğrunda və Fransanın təzyiqlərinə etiraz olaraq ictimai-siyasi hərəkatları onilliklərdir davam edir. Bu mövzu uzun müddətdir ki, beynəlxalq gündəlikdədir. Fransanın etirazlarına baxmayaraq, BMT Baş Assambleyası Yeni Kaledoniyanı 1986-cı ildə, Polineziyanı isə 2013-cü ildə BMT Nizamnaməsinin XI fəsli altında dekolonizasiya edilməli ərazilər kateqoriyasına daxil edib və Fransanın üzərinə həmin ərazilərdə yerli əhalinin özünüidarəetmə sistemini təşkil etmək öhdəliyi qoyub. Baş Assambleyanın 2008-ci ildən başlayaraq illik əsasda qəbul etdiyi qətnamələrdə Fransadan həmin ərazilərdə yerli xalqların öz müqəddəratını təyin etməsinə şərait yaratmaq tələb edilir.

Bir qayda olaraq, BMT-nin üzv dövlətlərinin böyük əksəriyyətinin səsi ilə qəbul edilən bu qətnamələr oradakı yerli xalqların öz müqəddəratını təyin etmək uğrunda həqiqi istəyinin olduğunu təsdiq edib.

Başqa sözlə desək, Fransanın dənizaşırı ərazilərinin əhalisi öz müqəddəratını təyin etmək uğrunda həqiqi mübarizə aparır və artıq onilliklərdir ki, BMT-nin nümunəsində beynəlxalq ictimaiyyəti bu haqlı mübarizəni tanıyır və Fransanın üzərinə konkret öhdəliklər qoyur. Belə olan təqdirdə, Fransa siyasi dairələrinin ən azı 1980-ci illərdən bəri beynəlxalq gündəlikdə olan bu mövzunun guya Azərbaycan vətəndaşlarının iştirak etdiyi bəzi qeyri-hökumət təşkilatları tərəfindən son iki ildə ortaya çıxarılması iddiası sadəcə gülüş doğurur",- deyə Q. Məmmədov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan vətəndaş cəmiyyətindən xeyli əvvəl çoxsaylı xarici qeyri-hökumət təşkilatları bu məsələ ilə yaxından məşğul olur və Fransanı sərt şəkildə tənqid edirlər. Onların bu mövzuda fəaliyyət dairəsi kifayət qədər geniş və dərindir.

Azərbaycan hökumətinin bu məsələdə beynəlxalq ictimaiyyətin BMT Baş Assambleyası və Qoşulmama Hərəkatı çərçivəsində onilliklərdir ki, formalaşmış vahid mövqeyinə qoşulmaqdan başqa heç bir rolu yoxdur.

Şübhəsiz ki, Fransa bu böhtanları ilə dənizaşırı ərazilərdə gedən haqq mübarizəsini gözdən salmağı hədəfləməklə yanaşı, Azərbaycana qarşı əlavə qeyri-dost addımlarına haqq qazandırmaq üçün əsas yaratmağa çalışır.

Hamıya məlumdur ki, Fransanın Azərbaycana qarşı qeyri-dost siyasəti müstəqilliyimizin ilk illərindən başlayıb, E.Makronun prezidentliyi dövründə isə xüsusilə şiddətlənib. Fransa münaqişənin ilk günlərindən Ermənistanın işğal siyasətinə diplomatik dəstək verib. E. Makronun 2017-ci ildə prezidentliyə başlaması ilə Fransanın Azərbaycana qarşı qərəzli siyasəti açıq müstəviyə keçib. 2020-ci il Vətən müharibəsindən sonra isə Fransa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən addımlar atıb. Birbaşa E.Makronun təşəbbüsü ilə Fransa tərəfi BMT Təhlükəsizlik Şurasında bir neçə dəfə anti-Azərbaycan xarakterli qətnamələrin qəbul edilməsi üçün uğursuz cəhdlər edib.

Bütün səylərinin boşa çıxdığını görən Fransa hökuməti regionda münaqişəni yenidən alovlandırmaq üçün Ermənistanı sürətlə silahlandırmaq yolunu seçib. Azərbaycan tərəfinin onilliklər ərzində təmkinlə, səbrlə ikitərəfli münasibətləri qarşılıqlı maraq əsasında irəlilətmək səyləri müqabilində Fransa hökumətinin bu cür səbatsız siyasətini ancaq bu ölkənin hazırkı siyasi sistemindəki ciddi böhranla izah etmək olar.

Fransız təşkilatlarının özlərinin qiymətləndirməsinə görə, ölkəsində heç 20 faizlik siyasi reytinqi olmayan E.Makronun Fransa kimi bir ölkəyə rəhbərlik etməsi, bu ölkədə demokratiyanın çökməsinin və qeyri-legitim siyasi rejimin hakim olduğunu sübut edir. Məhz bunun nəticəsidir ki, Fransanın xarici siyasəti, o cümlədən Azərbaycana münasibətdə addımları bu dövlətin milli maraqları əsasında yox, E.Makronun şəxsi hikkəsi və onun Azərbaycan xalqına qərəzi əsasında formalaşır.

Ona görə də Attal kimi siyasətçilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmək əvəzinə, öz ölkəsinin siyasi sistemi ilə bağlı fundamental problemlərlə məşğul olmalı, dənizaşırı ərazilərdə ədalətsiz siyasətə son verilməsi və Fransanın dekolonizasiya öhdəliyini yerinə yetirməsi üzərində işləməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri