Icma.az
close
up
RU
BMT sərt qənaət rejiminə keçir

BMT sərt qənaət rejiminə keçir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İslahatlar TŞ-ni də əhatə etməlidir!

Yarananda sıralarında 50, hazırda isə 193 üzv dövləti birləşdirən Birləşmiş Millətlər Təşkilatı (BMT) islahatlar ərəfəsindədir. Xüsusilə də qurumda vəsaitlərə qənaət edilməsi ilə bağlı müzakirələr intensivləşib. Hazırda bütün dünyanın göz dikdiyi, lakin ümidləri tam doğrultmayan təşkilat əsas bölmələri birləşdirməyə və resursların yenidən bölüşdürülməsinə hazırlaşır. Bununla bağlı məlumatı BMT-nin baş katibi Antonio Quterreşin işçi qrupu tərəfindən hazırlanmış altı səhifəlik məxfi memoranduma istinadən “Reuters” agentliyi yayıb.

BMT üçün yeni dönəm

Belə görünür ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident dəyişikliyi yalnız bu ölkənin özünə deyil, bütün dünyaya yeni bir başlanğıc gətirəcək və artıq bunun əlamətləri də müşahidə olunmaqdadır. O cümlədən də BMT üçün fərqli bir dönəmin gəldiyi fikrini ifadə edə bilərik. Son vaxtlarda Vaşinqtondan BMT ilə bağlı birmənalı olmayan açıqlamalar verilir. Donald Trampın Ağ Evdə səlahiyyətlərinin icrasına başladıqdan sonra ölkəsinin BMT-yə üzvlüyü və ödənişləri ilə bağlı verdiyi mesajlar narahatlıqla izlənilir. Elə bu günlərdə yeni administrasiyanın Dövlət Departamentinə ayrılan büdcə vəsaitlərini, demək olar ki, yarıya qədər azaltmağı planlaşdırdığı barədə məlumatlar yayılıb. Dövlət Departamentinin mətbuata sızdırılan daxili sənədlərindən məlum olur ki, bu, BMT və NATO üçün vəsaitlərə də təsir göstərəcək. İstinad olunan  memoranduma əsasən, Tramp administrasiyası Dövlət Departamentinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) büdcəsinin təxminən yarıya qədər azaldılmasını və digər ciddi ixtisarlar aparılmasını təklif edib. Məlumata görə, Ağ Ev Dövlət Departamenti və USAID-in fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir ki, bu da Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48 faiz azdır. Eyni zamanda, beynəlxalq təşkilatlara ayrılan vəsaitin həcmi daha böyük ölçüdə - demək olar ki, 90 faiz azalacaq. Sülhməramlı əməliyyatların, BMT, NATO və 20 digər beynəlxalq qurumun maliyyələşdirilmə mexanizminin dəyişdirilməsi və hətta tamam dayandırılması təklif olunur.

Göründüyü kimi, Ağ Evdən verilən mesajlar mahiyyət etibarı ilə çox ciddidir və BMT rəhbərliyi bunu nəzərə almaya bilməz. Qurumda anonsu edilən islahatlar təşəbbüsü BMT-nin maliyyə böhranı ilə bağlıdır. Xatırladaq ki, təşkilatın əsas donoru olan ABŞ-ın 1,5 milyard dollar müntəzəm büdcə pulu və 1,2 milyard dollar sülhməramlı əməliyyatlara borcu var. ABŞ-ın yardımının kəsilməsi artıq Humanitar Məsələlər İdarəsinin işçilərinin 20 faizinin ixtisarına səbəb olub və Beynəlxalq Miqrasiya Təşkilatında 6000 iş yerini ixtisar təhlükəsi altında qoyub.

Bürokratiyaya cavab

BMT strukturunda zəruri islahatların aparılmasını hədəfləyən məxfi sənəd  onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları. Xüsusi tədbirlərə Ümumdünya Ərzaq Proqramı (ÜƏP), UNICEF, ÜST və BMT QAK-ın əməliyyat strukturlarının vahid humanitar qurumda birləşdirilməsi daxildir. İslahat həmçinin bir-birini təkrarlayan funksiyaların ixtisar edilməsini və bir hissəsinin Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də daxil olmaqla işçilərin rasionallaşdırılmasını əhatə edir.

Quterreş islahatları “parçalanmış strukturlara və bürokratiyaya” cavab adlandırıb. Bununla belə, yüzlərlə BMT əməkdaşı mayın 1-də Cenevrədə ixtisarlara etiraz edib. Yekun restrukturizasiya təklifləri mayın 16-dək təqdim edilməlidir.

Xatırladaq ki, fevralın 4-də ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin İnsan Haqları Şurasından və Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyindən çıxarılması haqqında sərəncam imzalayıb. O, BMT-nin fəaliyyətini tənqid edərək bildirib ki, bu struktur “böyük potensiala malikdir”, lakin uzun müddətdir ki, bunu həyata keçirmir. Bundan əlavə, Amerika lideri hesab edir ki, BMT “çox yaxşı idarə olunmur”.

BMT TŞ 5 dövlətin inhisarından çıxarılmalıdır

Söhbət BMT-də struktur islahatlarının aparılmasından gedirsə, onda sual yaranır: Bəs qurumun Təhlükəsizlik Şurasında (TŞ) islahatlar aparılacaqmı? Həqiqətən də, indi buna ciddi ehtiyac var. Aydın şəkildə başa düşülür ki, beynəlxalq münasibətləri bir neçə on il bundan əvvəlki qaydada tənzimləmək mümkün deyil. Zaman dəyişib, yeni çağırışlar meydana gəlib. Etiraf olunmalıdır ki, ciddi narahatlıq doğuran bəzi mənfi təzahürlər bir sıra hallarda müxtəlif qlobal əhəmiyyətli məsələlərə selektiv yanaşmanın, ikili standartların tətbiqinin nəticəsində meydana çıxaraq genişlənib. Bu gün artıq hər kəs o həqiqəti dərk edir ki, dünya nizamı vahid qaydalar əsasında müəyyənləşdirilməlidir, əks halda beynəlxalq birliyin təhdid halları daha da arta bilər. Bu gün dünyada müşahidə edilən nizamsızlıq fonunda beynəlxalq hüququn ədalətli şəkildə tətbiqinə  hər zaman olduğundan daha çox ehtiyac var. Təəssüf ki, biz bunu görmürük və bunun da məsuliyyəti böyük dərəcədə TŞ-nin üzərinə düşür. Qurumun dünyanın ayrı-ayrı regionlarında baş verən münaqişələrə selektiv yanaşması suallar doğurur. Hazırda TŞ-nin 15 üzvü var. Onlardan 5-i daimi, 10-u isə iki il müddətinə seçilmiş üzvlərdir. Burada  qəbul olunan qərarlar məcburi xarakter daşıyır. Lakin qərarların qəbul edilməsində və icrasında obyektivlik, beynəlxalq hüquq heç də hər zaman gözlənilmir. Bunun təsdiqi üçün uzağa getmək lazım deyl. BMT TŞ ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğalçı Ermənistan ordusunun birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətmamə qəbul etdi. Həmin sənədlərin icrası isə onilliklər ərzində təmin olunmadı və Ermənistan cəzalandırılmadı. Beynəlxalq hüquq və ədaləti Azərbaycanın özü təmin etdi. Niyə belə olmalıdır? Niyə bəzi hallarda TŞ-nin qərarları dərhal icra olunur, digər hallarda isə onilliklər ərzində yubanır və heç kim də buna görə məsuliyyət daşımır?

Bu kimi reallıqları nəzərə almaqla Azərbaycan və Türkiyə prezidentləri BMT TŞ-də islahatlar təşəbbüsü ilə çıxış ediblər. Dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında BMT TŞ-də İslam dünyasına aid dövlətlərin, Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin və Afrikanın TŞ-də təmsil olunmasının zəruriliyini gündəmə gətirib. Həqiqətən də R.T.Ərdoğanın bildirdiyi kimi, dünya beşdən böyükdür. Eyni zamanda, A.Quttereş səviyyəsində də TŞ-də islahatlar aparılmasının vaxtının çatdığı etiraf olunur. Beləliklə, TŞ 5 dövətin inhisarından çıxarılmalıdır. Ancaq müzakirələr hələlik praktiki müstəvidə təsdiqini tapmır. Gecikmədən isə bütün dünya təsirlənir...

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see233

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see231

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see230

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see230

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see227

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see224

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see219

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see205

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see204

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see203

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see197

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see190

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see189

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see188

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see187

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see185

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see184

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see182

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see181

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri