Icma.az
close
up
RU
BMTM “Klingendal“ın hazırladığı siyasi icmala münasibət bildirib

BMTM “Klingendal“ın hazırladığı siyasi icmala münasibət bildirib

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - "Klingendal" (The Netherlands Institute of International Relations Clingendael) tərəfindən dərc olunmuş "Ermənistan və Azərbaycan: Sülh, yoxsa fasilə?" sərlövhəli siyasi icmala münasibət bildirib.

Moderator.az xəbər verir ki, bu barədə BMTM məlumat yayıb.

Məlumatda qeyd edilib ki, sənəddə yer alan bəzi ifadələr və qiymətləndirmələr faktiki qeyri-dəqiqliyə, hüquqi cəhətdən yanlış interpretasiyalara və ciddi analitik boşluqlara yol açır:

"Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin dinamikasına dair yanlış təsəvvürlərin formalaşması riskini yaradır. Sözügedən məsələyə dair hazırladığımız ətraflı cavab yalnız təhriflərə etirazımızı ifadə etməklə məhdudlaşmır. Bu həm də həssas dövlətlərarası məsələlərin müzakirəsində aydınlıq, dəqiqlik və beynəlxalq hüquqi normalara riayət olunmasını təmin etmək kimi institusional məsuliyyətimizdən irəli gəlir.

İcmalda qeyri-qanuni "ələ keçirmə" mənasını verən terminlərin işlədilməsi, "Azərbaycanın Ermənistan ərazisini işğal etməsi" kimi təqdimatlar, Azərbaycanın tranzit təkliflərinin "ekstraterritorial" kimi göstərilməsi, eləcə də Qarabağ regionunda baş vermiş əhali yerdəyişmələrinin hüquqi əsasları olmayan terminlərlə təsvir edilməsi yanlış narrativlərin güclənməsinə rəvac verə bilər".

Eyni zamanda, diqqətə çatdırılıb ki, icmalda normallaşma ilə bağlı aparılan danışıqların şərhi, ATƏT-in Minsk qrupunun statusu, Ermənistanın konstitusiya ilə bağlı əks-iddiaları, qarşılıqlı dövlət iddialarının hüquqi əsası və TRIPP-lə (Tramp marşrutu - Zəngəzur dəhlizi) bağlı nəticələr tərəflərin mövcud rəsmiləşdirilmiş mövqeləri ilə tam uyğun gəlmir:

"Beyin mərkəzləri və siyasət araşdırmaları institutları beynəlxalq rəyin formalaşmasında, diplomatik qərarvermə proseslərində mühüm rol oynayırlar. Bu səbəbdən, terminologiya və kontekstdə dəqiqlik vacibdir. Siyasi təhlil, hətta heç bir qəsd nəzər tutulmadığı halda belə, təsdiqlənmiş faktlardan və dövlətlərarası münasibətləri tənzimləyən hüquqi çərçivələrdən uzaqlaşdıqda davamlı sülhün təmin olunması üçün vacib olan şərtlərə zərər verə, maraqlı tərəflər arasında çaşqınlıq yarada və davam etməkdə olan proseslərin pozulmasına səbəb ola biləcək təhriflərin güclənməsinə gətirib çıxara bilər.

Həm yuxarıda qeyd edilən səbəbləri, həm də ciddi, faktlara əsaslanan tədqiqatların önəmini nəzərə alaraq, biz yanlış təfsirlərin qarşısını almaq məqsədilə "aydınlaşdırıcı sənəd" (clarification document) hazırlamışıq".

BMTM-dən o da bildirilib ki, onlar "Klingendal", həmçinin digər tədqiqat institutları ilə açıq və peşəkar dialoqa sadiqdirlər:

"İnanırıq ki, dəqiqlik və qarşılıqlı hörmətə əsaslanan birgə səylər davamlı sülhün və regional sabitliyin təmin edilməsində vacibdir".

Qeyd edək ki, Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - "Klingendal" beynəlxalq münasibətlərin araşdırılması ilə məşğul olan və araşdırmaların nəticələrinə əsasən tövsiyələr hazırlayan beyin mərkəzidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri