Icma.az
close
up
RU
BMTnin Baş katibi G20 ölkələrini COP29un məqsədlərini dəstəkləməyə çağırıb AZƏRTAC

BMTnin Baş katibi G20 ölkələrini COP29un məqsədlərini dəstəkləməyə çağırıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş bazar günü, noyabrın 17-də Rio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində “liderlik” nümayiş etdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, noyabrın 18-dən etibarən dünyanın ən böyük iqtisadiyyatlarının sammitinə qatılan Antonio Quterreş Braziliyada keçirdiyi mətbuat konfransında deyib: “COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də C20 ölkələrindən liderlik və kompromis tələb edəcək”.

BMT-nin Baş katibi Bakıda davam edən danışıqlarda inkişaf etməkdə olan ölkələrə iqlim sərmayələri üçün 1 trilyon dollarlıq razılaşmanın əhəmiyyətini vurğulayıb. O deyib: “G20 ölkələri qlobal emissiyaların 80 faizinə malikdir və məhz onların bu məsələdə örnək olması lazımdır”.

Sammitdə iştirakı çərçivəsində Amazonda dayanan ABŞ Prezidenti Co Bayden, öz növbəsində, administrasiyasının bu il ikitərəfli iqlim maliyyəsi üçün 11 milyard dollar ayırdığını bildirib. O, həmçinin iki ay ərzində onun vəzifəsini təhvil alacaq Prezident Donald Trampa istinad edərək, hökumətinin istiqamətləndirdiyi təmiz enerji inqilabınının dönməz bir proses olduğunu vurğulayıb.

Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, G20 iştirakçılarının “ev tapşırığını yerinə yetirməsi və Bakıda keçirilən COP29 danışıqlarının irəliləməsinə dəstək verməsi fundamental məsələdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri