Icma.az
close
up
RU
BMU da 7 ixtisas üzrə 2 diplom əldə etmək imkanı

BMU da 7 ixtisas üzrə 2 diplom əldə etmək imkanı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ildən etibarən Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə ümumilikdə 7 ixtisas üzrə icra olunacaq ikili diplom proqramlarına tələbə qəbulu həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, proqramlardan biri tam dövlət təqaüdlü olmaqla “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən Koreya (Cənubi) Respublikasının nüfuzlu İNHA Universiteti ilə birgə icra olunur. 

Prezident İlham Əliyevin ötən həftə imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla prorqamın icra müddəti uzadılıb. Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq olunan beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılmaqla yanaşı, onların icrası 2030-cu ilədək təmin ediləcək.

BMU və İNHA Universiteti arasında 3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına qəbul prosesi bu ildən etibarən yenidən başlayır. BMU-İNHA ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılacaq. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu məqsədlə ayırdığı vəsait hesabına qarşılanır.

Bu ildən digər ikili diplom proqramı isə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti ilə həyata keçiriləcək. Proqram Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisasları üzrə tətbiq olunacaq. İki ali təhsil müəssisəsi arasında bu il imzalanan, 2+2 modelinə əsaslanan proqrama müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini Çində davam etdirəcəklər. ÜÖMG-si 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar.

Əsas hədəfləri qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək olan ikili diplom proqramları, eyni zamanda tələbələrə beynəlxalq səviyyəli təhsilə çıxış, fərqli tədris metodikaları, qabaqcıl texnologiyalar və laboratoriyalarla tanış olmaq imkanları qazandırır. Məzunların beynəlxalq əmək bazarında tanınmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də qlobal karyera imkanlarının genişlənməsinə xidmət edən proqramlar digər ölkələrlə təhsil sahəsindəki əlaqələrə də mühüm töhfə verir.

Təhsillərinin sonunda tələbələr iki bakalavr diplomu əldə edirlər. İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə, beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə belə proqramların icrası istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin inkişafına mühüm zəmin yaradır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri