Icma.az
close
up
RU
BMU ilə Çin universiteti 3 ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır Fotolar

BMU ilə Çin universiteti 3 ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ildən Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) daha iki ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev xatırladıb ki, bu il aprelin 17-də imzalanan müqavilə əsasında dünyada öncül mövqeyə malik Pekin Kimya Texnologiyaları Universiteti ilə “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının icrasına başlanılıb. Rektor bu əməkdaşlığın davamı olaraq, qısa müddətdə 2+2 modeli əsasında “Kompüter mühəndisliyi” və “Mexanika mühəndisliyi” ixtisasları üzrə də ikili diplom proqramının həyata keçirilməsinə dair razılaşmanın əldə edilməsini, ümumilkdə yeni tədsris ilindən 3 ixtisas üzrə proqramın icrasını müsbət qiymətləndirib.

Yeni müqavilənin Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunduğu tarixi bir dövrə təsadüf etdiyini bildirən rektor Prezident İlham Əliyevin bu il aprelin 23-də Çinə dövlət səfəri zamanı imzalanan Birgə Bəyanata diqqət çəkib. Bildirib ki, Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladıqları Birgə Bəyanat təhsil sahəsində də əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Bu baxımdan iki universitet arasında əməkdaşlığın bu bəyanatda əksini tapan təhsillə bağlı məsələlərə mühüm töhfə verəcəyini deyən rektor imzalanan müqavilələrdən irəli gələn bir sıra məqamlara dair fikirlərini bölüşüb.

Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz növbəsində yeni ikili diplom proqramının imzalanmasını universitetlər arasında əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirib. Rektor bu ilin aprelində iki ölkə liderinin Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu bəyan etdiklərini xatırladıb və Pekində imzalanan Birgə Bəyanatda yer alan məsələlərdən bəhs edib.

Tədbirdə qeyd edilib ki, müqaviləyə əsasən, BMU-da “Kompüter mühəndisliyi” və “Mexanika mühəndisliyi” ixtisaslarının I, II kurslarını müvəffəqiyyətlə bitirənlər prosedurları keçdikdən sonra Çində müvafiq olaraq “Kompüter elmləri və texnologiyası”, “Proses avadanlıqları və nəzarət mühəndisliyi” ixtisaslarında III və IV kurslarda təhsil ala biləcəklər. Bundan öncə imzalanan müqavilədə analoji razılıq “Kimya mühəndisliyi” ixtisası üzrə əldə olunmuşdu.

İmzalanma mərasimində müqavilədə yer alan digər məsələlər, eləcə də nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və gələcək layihələr nəzərdən keçirilib.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri