Icma.az
close
up
RU
BMU da bu ixtisas üzrə 4 ilə 2 diplom qazanmaq şansı

BMU da bu ixtisas üzrə 4 ilə 2 diplom qazanmaq şansı

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində bu il qəbulu həyata keçirilən ixtisaslardan biri də “Data analitikası”dır (“Data elmləri).  

"Unikal" xəbər verir ki, BMU müasir dövrün tələbi olan bu ixtisası ölkəmizdə tədris edəcək ilk universitetlərdən biridir. Bu gün rəqəmsal texnologiyaların müasir inkişafı dövründə müxtəlif fəaliyyət sahələrində tamamilə yeni ixtisas olan data analitikaya böyük tələbat yaranıb. 

Data analitikası-məlumatların toplanması, təhlili, vizuallaşdırılması və onlardan qərarvermədə istifadə olunması üzrə ixtisaslaşmış data analitiklər, data elmi və maşın öyrənməsi mühəndisləri, biznes analitikləri kimi mütəxəssislərin hazırlanmasını təmin edən yeni ixtisasdır. “Data analitikası” ixtisasını bitirən məzunların karyera imkanları genişdir və onlara bank, maliyyə, vergi, e-ticarət, marketinq, səhiyyə, təhsil, o cümlədən digər sahələrdə böyük ehtiyac var. Data analitiklər beynəlxalq və yerli şirkətlərdə yüksək əmək haqqı ilə işləmək imkanına malikdirlər. Bu sahə üzrə ixtisaslaşanlar Python, SQL, Power BI və s. müasir alətləri öyrənərək rəqəmsal dünyada liderlik imkanı əldə edirlər. Həmçinin beynəlxalq mühitə inteqrasiyaları genişlənir, müasir tələblər səviyyəsində ingilis dilində tədris sayəsində qlobal layihələrdə iştirak, iş mühitində uğura nail olmaq şansı qazanırlar. 

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb. Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Data elmləri”, BMU tərəfindən isə “Data analitikası” ixtisası üzrə bakalavriat səviyyəsi üzrə diplomlar təqdim edilir. 

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və digər bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanır. 

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU- İNHA İDP-də Azərbaycan vətəndaşı olan, 2025-ci ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 25 nəfər tələbə “Data analitikası” (Data elmləri) ixtisası üzrə təhsil almaq hüququ qazanacaq. Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada təşkil olunan Riyaziyyat, Fizika, İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir.  Sənədlərin son qəbul tarixi 09.08.2025- il saat 23:55-dir. 

BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan 11 avqust tarixində  keçiriləcək. İmtahan nəticələri isə 15 avqust tarixində elan olunacaq. Proqramla bağlı ətraflı məlumatı  elandan əldə etmək mümkündür. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri