BMU da ilk dəfə “Data analitika” ixtisası açılacaq
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakı Mühəndislik Universitetində (BMU) ilk dəfə bakalavriat səviyyəsi üzrə “Data analitika” ixtisasının açılması nəzərdə tutulur.
“Qafqazinfo” xəbər verir ki, bundan başqa, 2025/2026-cı tədris ili üçün bir sıra digər yeni ixtisasların da açılması planlaşdırılır.
Qeyd edək ki, ötən il BMU-da informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri ixtisaslarını özündə birləşdirən İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb.
Universitetdə informasiya texnologiyaları üzrə digər yeni ixtisasların açılması bu istiqamətdə gerçəkləşdirilən işlərin davamıdır. Son illər, həmçinin BMU-da kompüter laboratoriyalarının maddi-texniki bazası gücləndirilib, bp şirkətinin dəstəyi ilə ilk Kibertəhlükəsizlik laboratoriyası yaradılıb. Laboratoriya müasir, innovativ informasiya-kommunikasiya texnologiyaları avadanlığı və proqram təminatı ilə təchiz edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















