Icma.az
close
up
RU
BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır FOTOLAR

BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gülün rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının ali məktəbləri və şirkətləri ilə müzakirələr aparmaq, əməkdaşlıq əlaqələri qurmaq məqsədilə Pekin şəhərində səfərdə olub.  

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Çinin tanınmış universitetləri və müəssisələri ilə mühüm razılaşmalar əldə edilib.

Pekin Kimya Texnologiyaları Universitetinin rəhbərliyi və  əməkdaşları ilə keçirilən görüşdə iki ali məktəb arasında əlaqələrin yaradılması istiqamətində geniş fikir mübadiləsi aparılıb. “Kimya mühəndisliyi” ixtisası üzrə Çində və dünyada ən üst reytinqlərdə yer alan universitetlə aparılan səmərəli müzakirələr nəticəsində ali təhsil ocaqları arasında niyyət anlaşması imzalanıb və 2+2 şəklində ikili diplom proqramının həyata keçirilməsinə dair razılıq əldə olunub. 

BMU nümayəndə heyəti səfər zamanı Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetlərini də ziyarət edib. Kollecdə smart təhlükəsizlik sistemi, smart inşaat mühəndisliyi və mexanika laboratoriyalarına dair geniş təqdimat dinlənilib, adıçəkilən universitetlərdə isə IT, kompüter elmləri, kompüter mühəndisliyi sahələrinin inkişafı, o cümlədən  “İnformasiya təhlükəsizliyi” ixtisasının tədris planlarının geniş müzakirəsi aparılıb. Pekin Politexnik Kollecindən BMU-ya tələbə (subbakalavr) göndərilməsi məsələsində ilkin razılıq əldə olunub. Habelə Pekin İnformasiya Texnologiyaları Universiteti  ilə də ikili diplom proqramı üzrə əməkdaşlıqda ilkin razılığa gəlinib.

Səfər çərçivəsində digər bir mühüm görüş BEIFANG Avtomobil Təhsil Qrupu ilə keçirilib. Görüşdə dünyanın tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq edən, maşın istehsalçısı müəssisələr, eyni zamanda mühəndislik ixtisaslarında təhsil alanlar üçün üz-üzə, o cümlədən onlayn master-klass və təlimlər verən BEIFANG Avtomobil Təhsil Qrupu ilə niyyət anlaşması imzalanıb. Bundan başqa, Avtomobil Təhsil Qrupunun BMU-da mərkəz (lab/hub) qura biləcəyi imkanı ayrıca müzakirə olunub, sonda həm mərkəzin qurulması, həm də müəllimlərə təlimlərin verilməsi istiqamətində yekdil rəyə gəlinib.   

Daha sonra Çinin avtomobil sənayesinin aparıcı müəssisələrindən sayılan BAlC şirkətinə baş çəkən universitet əməkdaşları zavodun iş prinsipi, istehsal prosesi ilə yaxından tanış olublar. Sənaye qurumunun nümayəndələri ilə aparılan danışıqlarda BMU müəllimlərinin təlim, tələbələrinin isə təcrübə proqramlarında iştiraklarının mümkünlüyünə aydınlıq gətirilib. 

Səfər zamanı universitet-sənaye əməkdaşlığının gücləndirilməsi üçün  Çinin XIMMERS şirkəti nümayəndələrinin BMU-ya səfərləri ilə bağlı da razılıq əldə olunub.    


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri