Icma.az
close
up
RU
BMU ilə UNEC birgə elmi seminar keçirib

BMU ilə UNEC birgə elmi seminar keçirib

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bakı Mühəndislik Universiteti (BMU) Ümumi fənlər kafedrası və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi seminar keçirilib.

Hər iki universitetin müəllim və tələbələrinin iştirakı ilə onlayn formatda keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra açılış nitqi ilə çıxış edən UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva birgə seminarın ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirib, ilk ortaq tədbirin  Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Böyük şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu illərdə hər zaman elmin, təhsiln inkişafına xüsusi diqqət göstərdiyini deyən G.Rzayeva Ümummilli Liderin məktəb quruculuğu, yeni universitetlərin açılması, azərbaycanlı gənclərin xaricdə ali təhsil alması, peşəkar kadr hazırlığı istiqamətində atdığı mühüm addımlara, həyata keçirdiyi çoxsaylı vacib islahatlara toxunub. Həmçinin bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi vurğulanıb. 

BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva isə çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinin xronologiyasını xatırladıb və bütün dövrlərdə öz xalqının rifahı, yüksəlişi, azad, müstəqil yaşaması üçün gördüyü işləri önə çəkib.    Xüsusilə  müstəqilliyin ilk vaxtlarında dərin xaos içində yaşayan, sosial problemlər məngənəsində boğulan, vətəndaş qarşıdurması ilə üzləşən ölkəmizdə güclü lider Heydər Əliyevin üzərinə düşən xilaskarlıq missiyasından ətraflı bəhs olunub.  Müdrik şəxsiyyətin gücü, doğru və qətiyyətli qərarları sayəsində Azərbaycanın siyasi sabit ölkəyə çevrilməsi,  demokratik və hüquqi baxımdan inkişaf etməsi,  böyük iqtisadi layihələrə imza atması, ölkəmizin beynəlxalq imicinin, Avropa strukturları ilə əməkdaşlığının, Şərq və Qərb ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsi diqqətə çatdırılıb.  

Seminarda UNEC-in professoru Vəkil Həsənov, BMU-nun professoru Şikar Qasımov, dosent Rabil Mehtiyev və digər əməkdaşlar çıxış edərək, tarixi faktlara istinadla Ulu Öndər Heydər Əliyevin güclü dövlətçilik, güclü iqtisadiyyat, bütöv Azərbaycan üçün gördüyü işlər, göstərdiyi fədakarlıqlardan ətraflı bəhs ediblər. Çıxışlarda, həmçinin Ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin dövlətçilik ənənələrinə sadiqliyi, Azərbaycanın iqtisadi yüksəlişi, hərbi uğurları, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində atdığı mühüm addımlar, eləcə də Qarabağ, Şərqi Zəngəzurda sürətli tikinti-abadlıq işləri və əzəli torpaqlara qayıdış prosesi qürurla vurğulanıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri