Icma.az
close
up
RU
BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib

BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib

Icma.az, Sia Az saytına istinadən bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri açıqlanıb. Bakı Mühəndislik Universiteti (BMU) QS dayanıqlılıq reytinqində Azərbaycan universitetləri arasında dördüncü yerdə qərarlaşıb. BMU-dan SİA-ya bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə ölkəmizin 7 ali təhsil ocağı-Bakı Dövlət Universiteti (941-950), Azərbaycan Dövlət İqtisad Universiteti (1081-1100), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) daxil olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-nin (Quacquarelli Symonds) təşkilatçılığı ilə keçirilən tədbirdə reytinqdə uğur qazanan BMU-nun rektoru Yaqub Piriyevə “Dünya Universiteti Reytinqi: Dayanıqlılıq reytinqi 2025” sertifikatı təqdim olunub.

Qeyd edək ki, BMU son illərdə dayanıqlı inkişafın təşviqi istiqamətində sistemli işlər aparıb, ətraf mühit strategiyası üzrə mühüm addımlar atıb. Universitet “Enerji səmərəliliyi”, “Dayanıqlı nəqliyyat sistemi”, “Tullantıların azaldılması və təkrar emalı”, “Dayanıqlı qida sistemlərinə keçid” və s. istiqamətlər üzrə bir sıra tədbirlər reallaşdıraraq qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərin aradan qaldırılmasına mühüm töhfələr verir, bərpaolunan enerji mənbələrinin istifadəsi üzrə tullantıların azaldılması, təkrar emalı üçün kampus daxilində tullantıların minimuma endirilməsi və çeşidlənməsini həyata keçirir. Ali məktəbin ərazisində günəş panelləri, külək turbinləri quraşdırılıb, habelə kampusda yaşıl sahələrin inkişaf etdirilməsi və qorunması istiqamətində məqsədyönlü işlər görülür. BMU-nun “QS dayanıqlılıq reytinqi 2025”də qazandığı mühüm nailiyyət bütün bu işlərin uğurlu nəticəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri