Icma.az
close
up
RU
BMU Şuşada “Yay məktəbi” təşkil edib FOTO

BMU Şuşada “Yay məktəbi” təşkil edib FOTO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şuşa şəhərində Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə həsr olunmuş “Yay məktəbi” (2-5 iyun) keçirilib.

Modern.az xəbər verir ki, tədbirin açılışında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma layihələrinin ölkənin iqtisadi qüdrətini və inkişaf potensialını nümayiş etdirdiyini bildirib. “Yay məktəbi”nin əhəmiyyətindən danışan rayon təşkilatının sədri layihənin gənclərin bilik və bacarıqlarının artırılmasına, liderlik keyfiyyətlərinin inkişafına, komanda işinin formalaşmasına və ictimai fəallıqlarının yüksəldilməsinə xidmət etdiyini deyib.

Sonra BMU-nun rektoru Yaqub Piriyev çıxış edərək tarixi torpaqlarımızda bir araya gəlmək, milli dövlətçilik ideyalarımızın işığında gələcəyimizi birlikdə düşünməyin unudulmaz mənəvi dəyər olduğunu vurğulayıb. Bildirib ki, “Yay məktəbi” milli yaddaşımızın, memarlıq irsimizin və dövlətçilik ənənələrimizin gənc nəslə aşılanması baxımından olduqca mühüm platformadır. Rektor keçmiş SSRİ-i dönəmində sərt qadağalara baxmayaraq, qədim Azərbaycan şəhəri Şuşanın milli simasının müəyyənləşdirilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolunu önə çəkib. Onun Azərbaycana rəhbərliyi dövründə Şuşada görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin ev muzeylərinin yaradılması, büstlərinin qoyulması, habelə Xankəndiyə dəmir yolunun çəkilməsi üçün gördüyü işləri diqqətə çatdırıb. Rektor Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Sovet dövründə həyata keçirilən şəhərsalma proqramlarının Azərbaycanın sənaye və sosial infrastrukturu üçün əsas yaratdığını, müstəqillik dövründə isə yeni iqtisadi və siyasi reallıqlara uyğun şəhər inkişaf modelinin formalaşdığını qeyd edib. Bu siyasi və mənəvi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma layihələri müasir şəhərsalma modelinin mühüm nümunəsinə çevrilib. Yaqub Piriyev Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına diqqət çəkərək, tədbirin ölkəmizin beynəlxalq nüfuzunun, şəhərsalma siyasətinin və davamlı inkişaf sahəsində həyata keçirdiyi uğurlu strategiyanın növbəti təsdiqi olduğunu, Azərbaycanın artıq regionun deyil, dünyanın mühüm şəhərsalma və memarlıq mərkəzlərindən biri kimi qəbul edildiyini deyib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə çıxışında dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan gəncləri dövlətin yaratdığı imkanlardan yararlanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanırlar. 

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov isə  Şuşanın Azərbaycanın tarixi zəfərinin, milli birliyinin və yenidənqurma iradəsinin simvolu olduğunu  deyib. O vurğulayıb ki, “Yay məktəbi” iştirakçıların bilik və dünyagörüşünün genişlənməsinə, onların gələcək fəaliyyətində dövlətçilik ideyalarına daha sıx bağlılıq nümayiş etdirmələrinə xidmət edəcək.

Daha sonra BMU-nun Memarlıq kafedrasının müdiri Sabir Orucov “Müasir şəhərsalma prinsipləri, davamlı şəhər inkişafı, ağıllı şəhər konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Ardınca universitetin Memarlıq və inşaat fakültəsi tələbələrinin yaradıcılıq layihələrindən ibarət sərgiyə baxış keçirilib. 

“Yay məktəbi”nin növbəti günü Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji irsinə həsr olunan seminarla davam edib. Tədbirdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə “Ümummilli Liderin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji əsaslar” mövzusunda geniş məruzə ilə çıxış edib. 

Seminardan sonra iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Ardınca  bilik yarışının qalibləri, “Yay məktəbi” çərçivəsində fəallığı ilə seçilən gənclər fəxri fərmanlarla təltif olunublar. 

“Yay Məktəbi”nin sonuncu günü iştirakçılar Xankəndi şəhərinə səfər edərək Qarabağ Universitetində olublar. 

Sonda “Yay məktəbi”nin  iştirakçıları Şuşada İsa Bulağını ziyarət edib və Şuşa şəhərinin tarixi-mədəni məkanları, genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri