Icma.az
close
up
RU
BMUnun rektoru əcnəbi tələbələrlə görüşüb FOTOLAR

BMUnun rektoru əcnəbi tələbələrlə görüşüb FOTOLAR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2024-2025-ci tədris ilində universitetə qəbul olan əcnəbi tələbələrlə görüşüb. 

Modern.az xəbər verir ki, əcnəbi tələbələri BMU-da görməkdən məmnun olduğunu vurğulayan rektor xarici ölkə vətəndaşlarının təhsili, asudə vaxtlarının təşkili, habelə onların yataqxana ilə təminatı üçün yaradılmış şəraitdən danışıb. Yaqub Piriyev builki qəbulda ilk dəfə əcnəbi tələbə sayının 4 dəfə artmasını universitetin inkişafı, beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə izah edib. Xarici tələbələr arasında mühəndislik ixtisaslarını daha çox qızların seçməsini təqdirəlayiq hal kimi qiymətləndirən ali təhsil ocağının rəhbəri onların bu sahədə yaxşı mütəxəssis olacaqlarına inandığını bildirib. 

Müvafiq statistik göstəricilərə toxunulan görüşdə nəzərə çatdırılıb ki, bu il BMU-ya 81 xarici tələbə qəbul olub. Ümumilikdə 21 ölkədən olan tələbələr əsasən kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, elektrik və elektronika mühəndisliyi, o cümlədən maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, biotexnologiya və digər ixtisaslarda təhsil almağa üstünlük veriblər. 

Səmimi atmosferdə davam edən görüşdə Yaqub Piriyev əcnəbi tələbələrin təhsilləri, imtahanlara hazırlıqları,  universitetin ictimai həyatında iştirakları, eləcə də Azərbaycanla bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların tədris prosesi ilə əlaqədar fikirlərini və təkliflərini dinləyib.  Tələbələrin qaldırdıqları bır sıra məsələlər yerindəcə araşdırılıb, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, araşdırma tələb edən təkliflər isə qeydə alınıb. Eyni zamanda rektor aidiyyəti strukturların rəhbərlərinə əcnəbi tələbələrə daha həssas yanaşmağı, onların istənilən problemlərinin həllinə kömək etməyi tapşırıb.

Görüşdə iştirak edən tələbələr BMU-da təhsilin səviyyəsindən, ümumilikdə yataqxanada onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını deyib,  səmimi görüş üçün rektora təşəkkürlərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri