“BMW” sürücüsü avtobusu vurmamaq üçün sükanı qaçırıb polis maşını ilə toqquşdu VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Metrostansiya yaxınlığında 3 nəqliyyat vasitəsinin iştirakı ilə qəza olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, “Ploşad Mujestva” metrostansiyası yaxınlığında, Politexniçeskaya küçəsində 21 yaşlı sürücü idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qarşıda gedən avtobusu vurmamaq üçün manevr edib. Əks yol çıxan avtomobil qarşıdan gələn “Haval” markalı polis maşını ilə toqquşub, sonra isə tramvaya çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarətlər alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 06 Noyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















