Boatenqlə bağlı araşdırma dayandırıldı
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən ilin yayından LASK-ın formasını geyinən Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenq ona qarşı irəli sürülən ittihamlara münasibət bildirib.
QOL.az xəbər verir ki, Boatenq 2019-cu ildə sevgilisi Kasya Lenhardta ağır xəsarət yetirməklə ittiham olunurdu. Adıçəkilən qadın 2021-ci ildə evində ölü tapılmışdı. Həmin ildə isə Boatenqlə əlaqədar məhkəmə işi yenidən açılmışdı.
36 yaşlı müdafiəçi isə artıq bu işin dayandırdıldığını deyib: "Münhen Respublika Prokurorluğu illər sonra nəhayət ki, barəmdə qaldırılan işi dayandırdı. Bütün ifadələrim doğru idi və mənə qarşı irəli sürülən ittihamlar yalan idi. Qərəzli münasibətə baxmayaraq yanımda olan və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu mənim üçün çox şey deməkdir. İndi ailəm və mən gələcəyə pozitiv baxa bilərik. Heç vaxt təslim olmayın!"
Qeyd edək ki, Münhen məhkəməsi Boatenqi 1,2 milyon avro məbləğində cərimələmişdi. Lakin bir neçə ildən sonra prosessual səhvlərə görə bu cəza ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Mart 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















