Boavişta bitdi
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Boavişta” klubu fəaliyyətini dayandıracaq.
"Football-plus.az" xəbər verir ki, “Boavişta” artıq rəsmən müflis elan olunub. Futbolçular bir neçə aydı maaş almırlar.
Portuqaliya klubunun ağır maliyyə vəziyyəti səbəbindən ölkə çempionatının 4-cü divizionuna göndərilmək üçün müraciət etməsinə belə icazə verilməyib. Komanda həvəskarlar divizionunda oynayıb, lakin klub ev oyunlarını keçirdiyi stadionun elektrik enerjisi xərclərini də ödəyə bilməyib. Nəticədə “Boavişta” bir neçə texniki məğlubiyyət alıb.
Qeyd edək ki, “Boavişta” 1903-cü ildə təsis olunub. Komanda 2000/01 mövsümündə Portuqaliya çempionluğunu qazanıb. “Boavişta” Portuqaliya kubokunun beşqat, ölkə Superkubokunun isə üçqat qalibidi.
Baxış sayı:42
Bu xəbər 02 Dekabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















