Icma.az
close
up
RU
Böhranlı vəziyyətlərdən xilas yolunu tapan lider olduğunu sübuta yetirdi

Böhranlı vəziyyətlərdən xilas yolunu tapan lider olduğunu sübuta yetirdi

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Dekabrın 25-də AZAL-ın  təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğramasından sonra cənab Prezidenti rəhbərliyi altında dövlət və hakimiyyət  orqanlarının fəaliyyəti  bir daha ölkəmizdə millətimizin maraqlarını təmin edən dəqiq idarəçilik mexanizminin olduğunu nümayiş etdirdi.
Bunu  Ölkə.Az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, təyyarə qəzası barədə  xəbəri eşidən kimi  Rusiyaya səfərini  dərhal təxirə salaraq  Vətənə dönən cənab Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında müşavirə keçirdi və onun tapşırığı ilə dərhal dövlət komissiyası yaratdı və hər bir kəsin vəzifələri müəyyənləşdirildi: "Cənab Prezidentin tapşırığı ilə  Azərbaycan nümayəndə heyəti  vəziyyəti yerində araşdırmaq v tanış olmaq üçün dərhal qəzanın baş veriyi Qazaxıstanın Aktau şəhərinə göndərildi.  Möhtərəm Prezident müşavirədə bəyan etdi ki, qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var və  məsələ tam araşdırılmalıdır. "Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq",- cənab Prezident bildirdi.
Qəzada  həlak olanlarla bağlı dekabrın 26-nı matəm günü elan etməsi, qəzadan sağ çıxanlara xəstəxanada baş çəkilməsi, yardımlar edilməsi,  Qazaxıstanla sıx koordinasiya olunmuş fəaliyyətin  göstərilməsi, lazımi zəruri addımların atılması məqsədi ilə operativ şəkildə araşdırılması üçün  təcili birgə komissiyaların yaradılması,  qəzaya düşən şəxslərin ailələri ilə əlaqə saxlanılması, dünyasını dəyişən və yaralılara kompensasiyaların verilməsi, onların ölkəyə gətirilməsi, hadisənin  baş vermə səbəblərini araşdırması və s. ölkə başçısının  heyrətamiz iş üslübunu,  dövlətimizin başında xalqının bütün  problemlərini həll etməyə qadir  güclü, bacarıqlı, peşəkar rəhbər olmaqla yanaşı, böhranlı vəziyyətlərdən  çıxış yolu tapmağı bacaran xilaskar  lider  olduğunu bir daha sübuta yetirdi. Cənab Prezidentin rəhbərliyi altında dövlət hakimiyyət orqanlarımızın örnək ola biləcək fəaliyyətləri ölkəmizdə millətimizin maraqlarını təmin edən dəqiq idarəçilik mexanizminin olduğunu bir daha sübut etdi.
Xalq bir daha taleyinin əmin əllərdə olduğuna inandı. Bu səbəbdən də onun ətrafında sıx birləşərək hadisədə  öz korporativ maraqları üçün faydalanmağa çalışanlara  fürsət vermədi. 
 Məhz ölkə başçısının yürütdüyü  düzgün siyasətin nəticəsi idi ki, siyasi mövqeyindən asılı olmayaraq  ölkədə fəaliyyət göstərən onlarla müxtəlif siyasi partiyalar təyyarə qəzası ilə bağlı birgə bəyanat yaydı.  Siyasi baxışlarının  fərqli olmasına baxmayaraq onların  xalqımızın acı günlərdə  ölkə başçısının ətrafında sıx birləşərək dövlətimizin və millətimizin yanında olduğunu nümayiş etdirdilər. Bu cənab Prezident İlham Əliyevə olan etimadın nümayişi idi.
 Amma bütün bunlara baxmayaraq, bəziləri millətimizin faciəsindən   özlərinin siyasi məqsədləri naminə möhtəkirlik cəhdi etməyə çalışdılar. lakin onlaırn bu utancverici hərəkəti xalq tərəfindən dəstəklənmədi. Əksinə, bu hərəkətləri ilə bu cür iyrənc  hərəkətləri ilə  özlərini ifşa etmiş oldular. Onlar gördülər ki, bu cəmiyyətdə onlara yer yoxdur.  Çünki xalq öz taleyini inandığı cənab İlham Əliyevə etibar edib  və bilirlər ki, onları üzləşdiyi bütün bəlalardan xilas edə biləcək bir lider varsa, o da cənab Prezidentdir.   Xalq onu da gözəl bilir ki, ölkə başçısı  indiyədək səhv etməyib və millətimizdən heç bir şeyi gizlətməyib, gizlətmir də... 
Digər bir məqam isə ondan ibarətdir ki, xalq  heç bir dövlətin təyyarə qəzalarından sığortalanmadığını yaxşı dərk edir və buna görə də ölkə başçısının ətrafında  sıx birləşib  komissiyanın açıqlayacağı nəticəni gözləyir.  Çünki baş verən qəza dünyada  nə birinci, nə də sonuncu deyil. Əsas məsələ odur ki,  xalq lideri olan cənab Prezident İlham Əliyevə inanır və onun rəhbərliyi altında qəzanın səbəbləri  araşdırılaraq cəmiyyətə çatdırılacağına əmindir".
 Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see309

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see189

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see175

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see151

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see140

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see138

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri