Icma.az
close
up
RU
Ailənin formalaşmasına təsir edən böhranlı dövrlər

Ailənin formalaşmasına təsir edən böhranlı dövrlər

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Ailə kiçik dövlətdir və bu dövlətin qorunmasında ər və arvad arasındakı münasibətlər önəmli yer tutur. Ailə münasibətlərinə zərbə vuran ər-arvad arasında baş verən konfliktlərdir ki, bunlar da ailənin inkişafına və formalaşmasına mane olur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloq bildirib ki, konfliktlər əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Bu tələbatlara öz “mən”inin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik, müsbət emosiyalara olan tələbatın ödənilməməsi, istirahət vaxtının təşkilinə ərlə-arvadın tələblərinin müxtəlifliyi, müsbət emosiyalara olan tələbatın ödənilməməsi və s. aiddir: “Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır? Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması iki “mən”in birləşib bir “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır. İkinci böhranlı dövr – uşaqların dünyaya gəlməsiylə bağlıdır. Üçüncü böhranlı dövr – ər-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur”. Psixoloqun fikrincə, subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. “Dördüncü böhranlı dövr – ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik ailə həyatından sonra baş verməyə başlayır. Bunun başvermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, qadının emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Eyni zamanda, ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın işə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin arxa plana keçməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi, qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s.”, - deyə Yeganə Əsgərova fikirlərini yekunlaşdırıb.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri