“Boksdan sonra futbolçu olacağam, artıq müqaviləm var” Aleksandr Usik
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Ağır çəkidə WBC, WBO, WBA və IBO çempionu Aleksandr Usik boks karyerasını bitirdikdən sonra nə etməyi planlaşdırdığını açıqlayıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu, 38 yaşlı ukraynalı Aleksandr Usık karyerasını bitirdikdən sonra futbol oynamaq istədiyini etiraf edib.
“Boksdan sonra planlarınız var? Futbolçu olacam. Mən peşəkar oyunçuyam. Artıq Ukraynanın “Polesie” komandası ilə müqaviləm var.
O, bu yaxınlarda “Şaxtyor”u məğlub edib. Belə bir komanda tanıyırsınız, elə deyilmi? Qulaq asın, mən uzun müddətdir ki, Kiyev “Dinamo”sunun azarkeşiyəm. Çünki uşaq olanda atamla ilk dəfə Kiyev “Dinamo”sunun stadionuna getmişdim. Bu, zəngin tarixə malik klubdur, amma “Polesie” mənə fürsət verdi və müqavilə bağladım. Gələcəkdə “Dinamo”ya qol vuracam”, – Usik Ring Magazine YouTube kanalında bildirib.
“Poliesie” Ukrayna çempionatında 16 oyundan sonra turnir cədvəlində 5-ci yeri tutan Jitomir klubudur. 2023-cü ilin yayında Usıkın futbolçu kimi “Polesie” ilə müqavilə imzaladığı bildirilir.
Amerikanın nüfuzlu “The Ring” jurnalı Aleksandr Usiki 2024-cü ilin ən yaxşı boksçusu kimi tanıyıb. 2024-cü ildə idmançı iki döyüş keçirib, hər iki dəfə onun rəqibi britaniyalı Tayson Fyuri olub və hər iki dəfə ukraynalı qalib gəlib.
Usık peşəkar karyerasında 23 qələbə qazanıb. O, heç vaxt məğlubiyyətlə üzləşməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 Yanvar 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















