Icma.az
close
up
RU
Bölgə teatrları illərin sükutunu poza biləcəkmi? AÇIQLAMA

Bölgə teatrları illərin sükutunu poza biləcəkmi? AÇIQLAMA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakıda yerləşən dövlət səviyyəli teatrlara son illlərdə artan diqqət və tamaşaçı marağı Azərbaycanın digər ərazilərində fəaliyyət göstərən 18 bölgə teatrının inkişafı məsələsini də aktuallaşdırır. 145 ildir fəaliyyət göstərən, SSRİ dövründə müхtəlif illərdə almаn, çех, bоlqаr, rumın, mаcаr tеаtr fеstivаllаrındа iştirаk еdərək müvəffəqiyyət qаzаnan, SSRİ xalq artistlərinin çıxış etdiyi Şəki teatrı və onun kimi digər bölgə teatrlarımızın son onilliklərdəki fəaliyyəti ciddi narahatlıq doğuran məsələlərdəndir.


Modern.az mövzu ilə bağlı teatrşünas Vidadi Qafarovla həmsöhbət olub. O bildirib ki, bölgə teatrlarının son 2-3 il ərzində fəaliyyəti əvvəlki illərə nisbətən xeyli irəlləyib və inkişaf edib. Bunun əsas səbəbi bölgələrə göndərilən kadrların çox uğurlu seçilməsidir. Kadrların - teatrların baş rejissorları, direktorların yenilənməsi və gəncləşməsi bölgə teatrlarının fəaliyyətinə ciddi təsir edir və bu sahəyə yeni nəfəs gətirir.

“Hər kəsə məlumdur ki, teatrlar arasında inteqrasiya onların inkişafını şərtləndirən əsas amildir. Bu baxımdan son illər teatrların ölkədaxili inteqrasiyası prosesinin başlaması onun inkişafına da təsirsiz ötüşmür. Bu gün Füzuli teatrının rejissorları Lənkaranda, Lənkaran teatrının rejissoru Qazaxda tamaşasını nümayiş etdirmək imkanına sahibdir, eyni zamanda, Bakı teatrının rejissorları müxtəlif bölgə teatrlarında tamaşa göstərir. Son illərdə Teatr Xadimlər İttifaqının keçirdiyi “Qonaq teatr” layihəsi çərçivəsində rayonlardan 20-ə yaxın tamaşa Aktyor Evində Bakı tamaşaçılarına nümayiş olunub. Bu ildən Akademik Milli Dram Teatrı bölgə teatrlarının “Bakı qastrolları” layihəsinə start verib və artıq bir neçə teatr öz tamaşaların burada göstərib. Bura misal kimi Şəki, Lənkaran, Sumqayıt teatrlarını göstərə bilərəm, qarşıdakı günlərdə isə Füzuli teatrının tamaşaları göstəriləcək. Bu tamaşalar artıq bölgə teatrlarını təkcə öz bölgəsində tanıtmır, eyni zamanda ölkənin fərqli ərazilərində və Bakı tamaşaçılarının, xarici ölkədən gəlmiş şəxslərin qarşısında bölgəni təmsil etmək imkanı yaradır”. 


Belə addımların atılmasını bölgə teatrının bütün kadrları üçün məsuliyyəti daha da artırdığını qeyd edən teatrşünas vurğulayıb ki, bu məsuliyyət həm də tamaşaların bədii səviyyəsinə ciddi təsir edir ki, bu da keyfiyyəti daha da artırmaqla yanaşı, bölgə teatrlarının gələcək prespektivlərini və onların daha da inkişaf etməsinə şərait yaradır.


Vidadi Qafarov onu da vurğulayıb ki, bölgə teatrlarının beynəlxalq səviyyədə təmsil olunması son illərdə artan ənənəyə çevrilib və bu proses inkişaf etmək yolundadır:


“Bölgə teatrları müxtəlif xarici qastrollar gedirlər. Şəki, Gəncə teatrını bu barədə xüsusi qeyd etmək lazımdır. Gəncə teatrı bu il Portuqaliyada və Balkan yarmadasında keçirilən iki yüksək səviyyəli beynəlxalq festivalda laureat olub, qran-pri alıb.  Elə ölkələr var ki, orada bölgə teatrı anlayışı yoxdur, məsələn qonşu Gürcüstanda bölgələrdə olan teatrlar paytaxt teatrları səviyyəsində, eyni hüquqlu və eyni dərəcəli teatrlardır. Bizdə də bu olmalıdır. Vaxtı ilə Şəki teatrı öz laurentləri, qastrolları ilə bütün Avropaya səs salmışdı və gələcəkdə də bu cür fəaliyyət üçün onların hüquqları və şəraitləri Bakıda yerləşən teatrlarla eyni səviyyədə olmalıdır”. 


“İnteqrasiyanın bugünkü kimi davam etməsi onların repertuarına da təsir edir. Repertuarda daha səviyyəli, fərqli tamaşalar qoyulur. Bu hamısı kompleks işdir -bir qastrolun Bakıya gəlişi balaca iş deyil və bunun arxasında böyük məsuliyyət və əziyyət durur. Özlüyündə sözügedən proses həm də aktyor oyununa, rejissor işinə təsir edir. Heç kim istəməz ki, Bakıda nümayiş etdirdiyi tamaşa zəif olsun. Bu baxımdan teatrının bütün kollektivi üzərlərinə düşən məsuliyyəti hiss edir”, - həmsöhbətimiz əlavə edib. 


Tamaşaçı problemindən də danışan Vidadi Qafarov sonda vurğulayıb ki, bu məsələnin həlli tək teatrların fəaliyyəti ilə bağlı deyil.
“Rayonlarda əhalinin sayı çox azdır, iş yerləri və digər sosial problemlər var ki, bu da teatra bölgələrdə olan marağı və tamaşaçı sayını azaldır. Təbii ki, teatrların səviyyəsinin yüksəlməsi bölgə teatrlarında tamaşaçıların da sayına təsir edəcək. Necə ki, Bakıda artıq teatra olan maraqda ciddi fərqlər müşahidə olunur”.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri