Icma.az
close
up
RU
Bölgədə sabitlik olmadığı müddət ərzində neftin qiyməti bahalaşır, manatın devalvasiya riski azalır

Bölgədə sabitlik olmadığı müddət ərzində neftin qiyməti bahalaşır, manatın devalvasiya riski azalır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neft bahalaşmağa başlayıb. İran-İsrail müharibəsinin bir az da qızışması bazara ciddi təsir göstərir. “Brent”in bareli 76 dollardan baha təklif olunmağa başlayıb. “Azeri light”ın dəyəri isə 83 dollara yaxınlaşıb.

Bizimyol.info xəbər verir ki, dünya neft bazarında ciddi canlanma var. Qiymətlər yüksəlməyə can atır. Müharibə qızışdıqca “Azeri light” da dəyərə minir. Hiss olunur ki, bölgədə sakitlik yaranmadığı müddətdə belə də davam edəcək. Qiymətin üç rəqəmlə ifadə olunmasını da görə bilərik. Yəni sürpriz tamamilə mümkündür.

Əlbəttə, müharibənin uzun müddət davam etməsi, mülki əhalinin həlak olması arzuolunan deyil. Amma bu günlər ölkə iqtisadiyyatı üçün yeni fürsətlər yaranır. Son illər vəziyyət yetərincə pisləşmişdi. Neft hasilatının, üstəlik, gəlirlərin azalması əhalinin sosial durumuna da təsirsiz ötüşməmişdi. Manatın devalvasiya ehtimalı da uzun müddət gündəmdədir. Neft bazarında baş verənlər məhz devalvasiya riskini azaldır.

İndi ən azı yaxın gələcəklə bağlı nəyi proqnozlaşdırmaq olar? Müharibənin qəfildən dayanması gözlənilən deyil. Yəni ən azı 10-15 gün döyüşlərin getməsi ehtimal olunur. Bu müddətdə neft qiymətləri yüksək olacaq. “Azeri light”ın bareli ən azı 80 dollardan ucuz təklif edilməyəcək. Daha yüksək qiymət görmək ehtimalı isə böyükdür.

Bahalaşma ölkə iqtisadiyyatı ilə bağlı ümidləri artırır. Təkcə bankların davranışı çox şeydən xəbər verir. Maliyyə müəssisələri manatla depozitlər üçün faizləri bir-birinin ardınca aşağı salır. Görünür, banklar devalvasiya riskinin azalmasını nəzərə alır. Hesab edirlər ki, manatın hələ bir müddət dayaqları sarsılmayacaq, buna görə də əmanətlər üçün böyük divident təklifi yersizdir.

Ağıllı addım növbəti böyük neft gəlirləri zamanı pulları havaya sovurmamaq olardı. İqtisadiyyat təkcə təbii sərvətlərdən asılı ola bilməz. Məhz buna görə sabit qrafiklə irəliləyə bilmirik. Bu mərhələ üçün devalvasiya riski azala bilər. Amma müharibə dayanandan sonra yenə əvvəlki vəziyyət yaranacaq. Bunu unutmadan məqsədyönlü addımlar atmaq lazımdır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri