Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Bölgənin tarixini zənginləşdirən kitab

Bölgənin tarixini zənginləşdirən kitab

Icma.az, Azpost saytına istinadən bildirir.

Cəmil Həsənli
Tarix elmləri doktoru, professor

“Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sücəddin Şərifov faydalı bir iş görüb. Doğulduğu, boya-başa çatdığı yurdun ta qədim zamandan günümüzə qədər tarixini bir kitabda toplayıb, “Boradigah tarixi qaynaqlarda” adlı kitab yazıb. Tarixdə iz qoyan yaşayış yerləri haqqında arxiv sənədləri, etnoqrafik mənbələr, yaddaş materialları əsasında belə kitabların yazılması çox vacibdir. Sücəddin bəy də bu vacib işi görüb və Boradigah qəsəbəsi haqqında 600 səhifəlik bir kitab ortaya qoyub.

Kitabın əhəmiyyəti nədədir? Kəndin adının toponimkası ilə bağlı müəllif tarixi qaynaqlara baş vurub, dəqiqləşdirmələr aparıb, kənd camaatının 1756-cı ilin noyabr ayında Talış xanı Qara xana yazdığı məktuba və digər sənədlərə istinad edir. Tunc dövrü ilə bağlı maddi mədəniyyət abidələri, xüsusi ilə tarixi şir heykəli, yaşayış məntəqəsinin ərazisindən tapılan müxtəlif dəfinələr Boradigah qəsəbəsinin tarixinin qədimliyindən xəbər verir. Kitabda Səfəvilər, Nadir şah, Talış xanlığı, Çar Rusiyası idarəçiliyi dövründə Bordagihda yaşayış, əhali, idarəçilik, mənəvi həyatla bağlı maraqlı faktlar vardır (s. 21-62).

Müəllif haqlı olaraq 1917-1921-ci illəri bölgənin və kəndin həyatında təlatümlü illər adlandırır. 1918-ci ildə Bakı Xalq Komissarların Sovetinin işğalı, 1919-cu ildə “Muğan Sovet Respublikası” (Molokan respublikası) oyuncaq hökuməti dövründə bölgədə baş verən qanlı hadisələr Boradigahdan da yan keçmədi. Xalq cümhuriyyəti hökuməti dövründə Lənkəran qəzasının düşməndən azad edilməsi haqqında kitabda çox maraqlı faktlar vardır. Məhəmmədəmin Rəsulzadə və Nəriman Nərimanov Boradigahda olması barədə kitabda maraqlı məqamlar yer alıb. Orada göstərilir ki, Rəsulzadə 1917-ci ilin martında gəmi ilə Lənkərana gəlib və səfər zamanı Boradigahda olub. Onu Boradigaha səfər zamanı bölgənin ən nüfuzlu şəxsləri Teymurbəy Bayraməlibəyov, Əsgər xan Talışxanov və Soltan Məhəmməd Qulubəyli müşayiət ediblər.

Kitabda Nuru paşa zabitlərindən olan Camal paşanın (albay idi, camaat arasında paşa deyirdilər) bölgədə Sovetləşməyə qarşı mübarizəyə rəhbərlik etməsi haqqında da çox qiymətli məlumatlar vardır. Müəllif kitabda ötən əsrin 20-30-cu illərində Boradigaha rəhbərlik edən şəxslər, kənd cəmiyyəti, məscidlər, üləmalar, maarif xadimləri, bazar, hamamlar, sənətkarlıq dükanları və sair haqqında qiymətli faktlar üzə çıxarıb. Xüsusi ilə bir kənd miqyasında repressiyaların miqyasını öyrənmək üçün kitabda maraqlı nümunələr var. 1925-ci ildə seçki hüququndan məhrum edilən kənd sakinlərinin siyahısı çox əhəmiyyətlidir. 114 nəfərin əhatə edən siyahı kitaba daxil edilib. Seçki hüquqndan məhrum edilənlərin əksəriyyəti alverçi, azançı, qulaq, xan, rozaxan, molla, din xadimi, qolçomaq, kəndli və sairədən ibarətdir.

Kitabda mənə maraqlı gələn məqamlardan biri də Böyük Vətən Müharibəsi ilə bağlı bölmədir. Sücəddin bəy çox nəcib bir iş görüb. O, müəyyənləşdirib ki, Boradigah və eyni adlı sovetlikdən 1941-1945-ci illərdə müharibəyə 700 nəfərə yaxın döyüşçü yollanıb. Müəllif müxtəlif arxiv mənbələri əsasında onların 624 nəfərinin adını, doğum tarixini, keçdiyi döyüş yolunu, sağ qalanların və geri qayıtmayanların, təltif olunanların adba-ad siyahısını müəyyənləşdirib (s.285-309). Bu çox mühümdür. Kitabın 310-426-cı səhifələri Boradigahın tanınmış adamları haqqında qısa esselərdən ibarətdir. Burada bəy aylələri haqqında, kəndin, sovetliyin, qəsəbənin, bütövlükdə bölgənin həyatında rol oynamış ayrı-ayrı şəxslər, veteranlar, deputatlar, hətta qəhrəman analar haqqında çox maraqlı məlumatlar vardır.

Yeri gəlmişkən Sovet dövründə də Boradigah bölgənin əsas ticarət mərkəzlərindən biri idi. Adamlar çox vaxt toy bazarlığını oradan edirdilər, az tapılan keyfiyyətli xarici geyimləri Boradigahdan alırdılar. Hesab edirəm Sücəddin Şərifov çox faydalı bir iş görüb. Bir kəndin, bir sovetliyin, bir qəsəbənin tarixini yazmaqla bütövlükdə bölgənin tarixini zənginləşdirib, Azərbaycan tarixinə mühüm töhfə verib. İndi Boradigah dairəsində yaşayan hər kəs öz keçmişini bu kitabda tapa bilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Sentyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see349

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see316

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see303

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see300

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see292

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see291

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see257

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see254

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see219

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see216

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see215

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see206

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see205

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see202

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see198

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see196

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see193

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see192

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see175

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

13 Oktyabr 2026 16:15see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri