Icma.az
close
up
RU
Bolnisidə yaşayan soydaşlarımız gənclərin inkişafına dəstək məqsədilə yeni təşkilat yaradıblar

Bolnisidə yaşayan soydaşlarımız gənclərin inkişafına dəstək məqsədilə yeni təşkilat yaradıblar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 12 sentyabr, AZƏRTAC

Gürcüstanın Bolnisi rayonunda yaşayan azərbaycanlılar könüllülük əsasında gənclərin inteqrasiyasına dəstək məqsədlə “AHƏNG” təşəbbüs qrupu yaradıblar.

AZƏRTAC xəbər verir ki, qrupun əsas məqsədi gənc və yeniyetmə soydaşlarımızın müasir texnologiya, idman, təhsil, incəsənət, təbiət və əyləncəli proqramlara marağını artırmaqdır.

Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Medianın əməkdaşlığı ilə baş tutan təqdimat mərasimində bildirilib ki, iki ay əvvəl yaradılan “AHƏNG” TQ qısa müddətdə bölgə gənclərinin marağına səbəb olub.

Görüşdə təşəbbüs qrupunun beş klubu – Texnologiya, İdman, Təbiət, İncəsənət və Əyləncə klubları barədə məlumat verilib.

Tədbirdə iştirak edən ziyalılar, kənd sakinləri, müəllimlər və müxtəlif sahələrdən mütəxəssislər gənclərin təşəbbüslərinə dəstək göstərib, rəy və təkliflərini irəli sürüblər.

Qeyd olunub ki, “AHƏNG”in məqsədlərindən biri də gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, sosial həmrəyliyi gücləndirmək və bölgədə öyrənmə, əməkdaşlıq və asudə vaxt imkanları yaratmaqdır.

Klubun direktoru Dinar Əhmədov, koordinatoru Samaya Ruqayeva hazırlanan layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, “AHƏNG” yaxın aylarda müxtəlif layihə və tədbirlərlə daha çox gənci bir araya gətirməyi və onların ideyalarını reallaşdırmağı qarşısına məqsəd qoyub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri