Bolqarıstan 2027 ci ilin sonunadək Rusiya qazından imtina etmək niyyətindədir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sofiya, 30 sentyabr, AZƏRTAC
Bolqarıstan energetika naziri Jeço Stankov bildirib ki, ölkəsi 2027-ci ilin sonunadək Rusiyadan qaz idxalından imtina etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir Avropa “Politico” nəşrinə müsahibəsində bəyan edib.
Bildirib ki, Avropa İttifaqının üzvü kimi Bolqarıstan öz addımlarını Avropa qanunvericiliyi və siyasəti ilə uyğunlaşdırır, o cümlədən 2027-ci ilin sonunadək Rusiya enerji resurslarından mərhələli imtina planını həyata keçirir.
Nazir, həmçinin vurğulayıb ki, Bolqarıstan qonşu ölkələrlə Amerika LNG-nin (mayeləşdirilmiş təbii qazın) Bolqarıstan üzərindən uzunmüddətli müqavilələrlə tədarükünə dair birgə tenderlərin keçirilməsi imkanlarını müzakirə edir və bunun gələn ildən tətbiq olunmasının mümkünlüyü nəzərdən keçirir.
Qeyd edək ki, sentyabrın 19-da Avropa Komissiyasının sədri xanım Ursula fon Der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edib. Təkliflərdə, xüsusən, 2027-ci ilin yanvarından Avropaya Rusiya mənşəli LNG idxalına məhdudiyyətlər nəzərdə tutulur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Sentyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















