Icma.az
close
up
RU
Bolqarıstan Baş naziri: Yunanıstan Bolqarıstan interkonnektoru Rusiya qazından asılılığımızı azaltdı

Bolqarıstan Baş naziri: Yunanıstan Bolqarıstan interkonnektoru Rusiya qazından asılılığımızı azaltdı

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Yunanıstan-Bolqarıstan interkonnektoru Rusiya qazından asılılığımızı azaltdı.

APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

“Bu gün sizi Bolqarıstanın Cənub-Şərqi Avropanın gələcəyini necə formalaşdırdığına dair üç əsas sahəyə – diplomatiya və sabitlik, infrastruktur və iqtisadi əlaqələr – baxmağa dəvət edirəm. Geosiyasi liderlik yalnız sülhün təmin olunması deyil, bu, əməkdaşlıq, etimad və ortaq tərəfdaşlıq deməkdir. Bolqarıstan bu fəlsəfəni xarici siyasətinin mərkəzinə çevirib və Cənub-Şərqi Avropa əməkdaşlıq prosesinin təşəbbüskarı olaraq, dialoqu təşviq edən platforma yaratmaqdan qürur duyur.

Bolqarıstan Qərbi Balkanların Avropaya inteqrasiyasına sadiqlik göstərir. Sülhə gedən yol institutlar, islahatlar və ortaq dəyərlərlə döşənir. Bolqarıstan qonşularının Avropaya qoşulmasını həm də regional birlik üçün bir zərurət kimi müdafiə edir. Bu prosesin uğurlu olması üçün ölkələr davamlı və dönməz islahatlar həyata keçirməlidir.

Bolqarıstanda siyasət tək başına kifayət deyil, iqtisadi firavanlıqla uyğunlaşdırılmalıdır. Ölkəmiz geosiyasi mövqeyindən istifadə edərək Cənub-Şərqi Avropada logistika və iqtisadi mərkəz olmaq məqsədini qarşıya qoyub. Tərəfdaşlarımız və qonşularımızla birlikdə yol və dəmir yolu infrastrukturu, enerji və rəqəmsal əlaqələri genişləndiririk və tamamlayırıq”, - deyə Baş nazir qeyd edib.

Rosen Jelyazkov onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi kontekstində region yeni çağırışlarla üzləşir: “İnfrastruktur layihələri yalnız regional çiçəklənməyə töhfə vermir, həm də NATO-nun cənub cinahı boyunca əsas logistik dəhlizi təmin edir. Türkiyə, Yunanıstan, Bolqarıstan və Rumıniyanı birləşdirən şaquli oxun inşası ölkəmiz üçün prioritetdir və biz bu istiqamətdə inkişaf layihələrini sürətləndirmək üçün birgə çalışırıq.

Bolqarıstan enerji sektorunda şaxələndirmə və davamlılıqda liderdir. Yunanıstan-Bolqarıstan interkonnektoru Rusiya qazından asılılığımızı azaltdı və regional enerji təhlükəsizliyini gücləndirdi. Şaquli qaz dəhlizi Cənub-Şərqi Avropanın demək olar ki, bütün ölkələrinə təbii qaz tədarükünü şaxələndirir. Qara dəniz ölkəsi kimi Bolqarıstan dənizçilik, ticarət və ətraf mühitin qorunmasında strateji rol oynayır”.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 25 mart 2022-ci ildə Trans Adriatik Boru Xəttinə qoşulub, tikinti 2022-ci ilin iyulunda başa çatıb. 2022-ci ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılıb. 1 oktyabr 2022-ci ildə Sofiyada Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru rəsmi olaraq istifadəyə verilmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Sentyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri