Icma.az
close
up
RU
Bolqarıstan minifutbol millisinin üzvü: Azərbaycan yığması finala vəsiqə qazana bilər MÜSAHİBƏ

Bolqarıstan minifutbol millisinin üzvü: Azərbaycan yığması finala vəsiqə qazana bilər MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 may, AZƏRTAC

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında iştirak edən Bolqarıstan millisinin üzvü Angel Rahov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi dünya çempionatının təşkilatçılığı barədə təəssüratlarınız maraqlıdır...

-Təşkilatçılıq möhtəşəmdir. Mən belə bir şey görməmişdim.Turnirin keçirildiyi Milli Gimnastika Arenası ideal durumdadır. Mühafizə sistemi, idmançıları aparan avtobusların hərəkəti yüksək səviyyədə təşkil olunub. Bizə yaradılan gözəl şəraitə görə hər kəsə təşəkkür edirəm.

-Bakı şəhəri haqqında fikirləriniz necədir?

-Paytaxtınız təhlükəsizdir. Bu cür yerə səfər etmək çox xoşuma gəlir. Özümü rahat hiss edirəm. İnsanlarınız mehriban və qonaqpərvərdir. Hər kəs oyundan sonra forma üçün müraciət edir. Bu idman növünün sevilməsi gözəl hissdir.

- Komandanız qrup mərhələsinin son turunda Slovakiyanı 1:0 hesabı ilə məğlub edərək D qrupunda dörd kollektiv arasında 6 xalla ikinci yeri tutdu və bununla da 1/8 finala vəsiqə qazandı...

-Slovakiya seçməsinə qarşı yaxşı mübarizə apardıq. Baş məşqçinin verdiyi bütün tapşırıqları yaxşı yerinə yetirdik. Növbəti mərhələyə vəsiqə qazanmağa layiq idik. Bizi 1/8 finalda İngiltərəyə qarşı çətin görüş gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Vətənə uğurlu nəticə ilə dönmək istəyirik.

-Azərbaycan yığmasının turnirdəki şanslarını necə qiymətləndirirsiniz?

-Yaxşı komandadır. Düşünürəm ki, onlar finala vəsiqə qazana bilərlər. Azərbaycan komandası turnirin favoritlərindən biridir. İndi onların qarşısında duran əsas məqsəd 1/4 finala yüksəlməkdir.

-Azərbaycanın böyük futbolu barədə məlumatınız varmı?

-Azərbaycanda futbol üçün böyük infrastruktur var. Mən bunu görürəm. Yüksək səviyyədə idman obyektləri inşa olunub. Bu, gənc oyunçuların inkişafı üçün önəmlidir. Sizin ölkədə idmanı çox sevirlər. İdmançılara olan hörmət fərqlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri