Icma.az
close
up
RU
Azərbaycan millisinin üzvü: Düşünürəm ki, vəziyyəti bu yerə çatdırmayacağıq MÜSAHİBƏ

Azərbaycan millisinin üzvü: Düşünürəm ki, vəziyyəti bu yerə çatdırmayacağıq MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Ukraynanın "Polessye" klubunun azərbaycanlı futbolçusu, milli komandamızın üzvü Emil Mustafayev Sportal.az saytına müsahibə verib.

- "Polessye"də işlərin qaydasında gedir? İstədiyin qədər sənə şans verilir, yoxsa narazılığın var?

Çempionatdakı oyunlar maraqlı və gərgin mübarizə şəraitində gedir. Mənə şans verilən vaxtı da komanda üçün ən yaxşısını etməyə çalışıram. Təbii ki, daha çox dəqiqələr meydanda olmaq istəyərdim. Amma indiki durumdan təbii ki, razı deyiləm. Məşqlərdə əlimdən gələni etməyə çalışıram. 

- Komandan turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Növbəti turda isə sabiq komandan olan və hazırda ikinci pillədəki "Aleksandriya" ilə qarşılaşacaqsız. Sənin özün üçün prinsipial görüş olacaq?

Bu oyun ümumilikdə özü prinsipiallıq daşıyacaq. Özü də, çox ağır matç olacaq. "Aleksandriya" çox yaxşı forma toplayıb. Onların məğlubiyyətsizlik seriyasına son qoymaq lazımdır. Komandamıza inanıram.

- Bu ay Azərbaycan millisinin oyunları olacaq. Fernandu Santuşdan dəvət gözləyirsən?

Mən Azərbaycan millisindən dəvəti hər zaman gözləyirəm. Amma anlayıram ki, milli komandaya dəvət edilib-edilməməyim klubdakı oyunumdan asılıdır. Gözləyək, görək də necə olacaq.

- Portuqaliyalı mütəxəssis son toplanışda sizi milliyə cəlb etmədi. Bu səni narahat etdi? "Polessye"də bunu təəccüblə qarşılamadılar?

Millidən dəvət gəlməyibsə, demək ki, klubdakı oyunlarda özümü o qədər də yaxşı tərəfdən göstərməmişəm. Hər halda, dəvəti göndərən baş məşqçidir. Klubda da ən yaxşısı üçün çalışıram.

- Azərbaycan millisi bu ay Estoniya və İsveçlə üz-üzə gələcək. Səncə, yığma komandamız bu iki görüşdə neçə xal toplaya bilər? Milli bu görüşlərdə uğurlu olmasa, Millətlər Liqasında D liqasına düşmək təhlükəsi daha da böyük olacaq. Millinin D liqasına düşməsi isə heç ictimaiyyət və azarkeşlər tərəfindən heç də yaxşı qarşılanmayacaq...

Düşünürəm ki, vəziyyəti bu yerə çatdırmayacağıq. Milli komandamızın qarşıdakı görüşlərdə şansı var. Biz də bundan istifadə etməyə çalışacağıq. Əsas olan inamdır. İnanıram ki, hər şey yaxşı olacaq. Millidə hər kəs yaxşı nəticə üçün can atır.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Noyabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri