Icma.az
close
up
RU
Bolqarıstan telekanalı: Azərbaycan dövlətinin quruculuq səyləri Qafqazda sülh üçün əsas ümid mənbəyidir

Bolqarıstan telekanalı: Azərbaycan dövlətinin quruculuq səyləri Qafqazda sülh üçün əsas ümid mənbəyidir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sofiya, 15 sentyabr, AZƏRTAC

Bolqarıstanın bTV televiziya kanalı Qarabağ mövzusunda hazırladığı xüsusi reportajında Ağdamı “Qafqazın Xirosiması” adlandıraraq bölgədə barışıq və bərpa proseslərinin çətinliklərini təhlil edib.

AZƏRTAC xəbər verir ki, reportajda 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş Ağdam şəhərinin tamamilə dağıdılmasından bəhs olunur. Diqqətə çatdırılır ki, ərazi minalanmış əraziyə çevrilib, evlər yerlə-yeksan edilib, qəbiristanlıqlar təhqir olunub və tarixi abidələr məhv edilib. Bu səbəbdən beynəlxalq müşahidəçilər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Vurğulanır ki, Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb, yeni yaşayış massivləri salınır, yollar, infrastruktur və sosial obyektlər inşa olunur.

Reportajda qeyd edilir ki, Ağdamın Kəngərli kəndi artıq bu yenidənqurmanın ilk nümunələrindən biridir. Qaçqın düşmüş sakinlər doğma torpaqlarına qayıtmaq arzusunu dilə gətirərək “Əgər bir gün qayıtsam, ilk işim torpağı öpmək olacaq” sözləri ilə bağlılıqlarını ifadə ediblər. bTV-nin süjetində vurğulanır ki, Qarabağda dayanıqlı sülhün təmin olunması yalnız evlərin və yolların bərpası ilə bitmir, qarşılıqlı etimadın və barışığın formalaşdırılması əsas şərt olaraq qalır. Lakin mina təhlükəsi və uzun illərin yaratdığı psixoloji yaralar bu prosesin qarşısında hələ də ciddi maneələrdən biridir. Nəticə olaraq, Qarabağda barışıq missiyası çətin görünsə də, Azərbaycan dövlətinin quruculuq səyləri və insanların doğma torpaqlara qayıdış iradəsi bölgədə sabit və davamlı sülh üçün əsas ümid mənbəyi kimi dəyərləndirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri