Bolqarıstan Vahid Ələkbərova görə bunu da etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bolqarıstanın etirazından sonra Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketindən Rus Pravoslav Kilsəsinin patriarxı Kirill və "Lukoyl" şirkətinin təsisçisi Vahid Ələkbərovun adları çıxarılıb.
Bakıvaxtı.az bildirir ki, bu barədə Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova açıqlama verib.
Nazirin sözlərinə görə, Sofiyanın iradları nəzərə alındıqdan sonra Bolqarıstan yeni sanksiyalar paketini dəstəkləməyə hazır olduğunu bildirib.
"Bolqarıstanın narahatlıqları nəzərə alındı və həmin iki şəxs artıq təklif olunan sanksiyalar paketində yer almır. Buna görə də biz bu paketi dəstəkləməyə hazırıq", - deyə Petrova bildirib.
O qeyd edib ki, Bolqarıstanın müraciəti əsasında Sofiya metrosunu avadanlıqla təmin edən şirkətin rəhbərinin adı da sanksiya siyahısından çıxarılıb.
Nazir əlavə edib ki, Aİ-nin daimi nümayəndələrinin son iclasında paketin qəbul edilməməsi digər ölkələrin etirazları ilə bağlı olub.
Onun sözlərinə görə, Yunanıstan enerji sahəsi, Avstriya isə maliyyə sektoru ilə bağlı müddəalara dəyişiklik olunmasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 İyul 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















