Bolqarıstana Azərbaycan qazının tədarükünün bərpa tarixi açıqlandı
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Bolqarıstana Azərbaycan qazının tədarükü sabahdan bərpa ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bulgargaz” şirkəti məlumat yayıb.
Bildirilir ki, Azərbaycandan müqavilə əsasında təbii qazın verilməsi açıqlanmayan texniki səbəblərə görə yanvarın 7-dən 11-dək dayandırılıb. Bu müddətdə “Bulgargaz” təbii qazı Türkiyənin “Botaş” şirkətindən tədarük edir.
"Reuters" agentliyinin məlumatına görə, təbii qaz təchizatının kəsilməsi BP-nin Şahdəniz təbii qaz yatağında Alpha platformasında yaranan problemdən qaynaqlanır.
Qeyd edək ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan-Bolqarıstan inteqrasiyası vasitəsilə tədarük edir. Boru kəmərinin gücü illik 3 milyard kubmetr təşkil edir, artırılaraq 5 milyard kubmetrə qədər olma imkanı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 10 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















