Icma.az
close
up
RU
® “Coca Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

® “Coca Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müsabiqəyə tələbələr tərəfindən 200-dən çox ideya təqdim olunub, üç qalib layihə pul mükafatına layiq görülüb

“Coca-Cola İçecek”in universitet tələbələri üçün təşkil etdiyi “One Idea” innovasiya müsabiqəsi başa çatıb.

Gənc istedadların innovativ ideyalarının dəstəklənməsi və onların real biznes mühitində inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqəyə bu il universitet tələbələri tərəfindən 200-dən çox ideya təqdim olunub. Bir neçə mərhələdən ibarət qiymətləndirmə prosesinin sonunda seçilən iştirakçılar öz ideyalarını yarımfinal mərhələsində təqdim ediblər. Şirkətin rəhbər heyətinin üzvləri yarımfinal mərhələsində münsiflər heyəti qismində iştirak ediblər.

Yarımfinaldan uğurla keçən komandalar iyul ayında BRICK agentliyinin dəstəyi ilə keçirilən üçgünlük “Innovation Bootcamp” proqramına qoşulublar. Proqram çərçivəsində iştirakçılar layihələrin idarə edilməsi və innovasiya üzrə təlimlərdə iştirak edib, ideyalarını daha da inkişaf etdirib, eləcə də təqdimat bacarıqlarını gücləndiriblər.

Təlim proqramından sonra finalçılar münsiflər heyətinin üzvləri və BRICK agentliyinin mentoru ilə beş mentorluq sessiyasında iştirak ediblər. Bir neçə ay davam edən hazırlıq və inkişaf prosesinin yekununda komandalar hazırladıqları prototipləri və yekun həllərini final mərhələsində münsiflər heyətinə təqdim ediblər.

Final təqdimatları problemin müəyyənləşdirilməsi, təklif olunan həll, innovativlik, layihənin yarada biləcəyi fayda və təqdimatın keyfiyyəti meyarları əsasında qiymətləndirilib. Qiymətləndirmədə layihənin fayda potensialına 35 faiz, təqdimata 20 faiz, problemin müəyyənləşdirilməsi, həll və innovativlik meyarlarının hər birinə isə 15 faiz çəki verilib.

Müsabiqənin nəticələrinə əsasən, finala yüksələn üç layihə pul mükafatına layiq görülüb. Birinci yerin qalibi, həmçinin noyabr ayında Türkiyəyə səfər edərək “Anadolu Group”un fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıb.

“Coca-Cola İçecek” Azərbaycan şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Türkan Manaflı bildirib ki, müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində inkişaf etdirmək imkanı yaradıb: “Coca-Cola İçecek olaraq gənclərin iqtisadi imkanlarının artırılmasını və onların peşəkar mühitdə təcrübə qazanmasını təşviq edən layihələri daim dəstəkləyirik. “One Idea” innovasiya müsabiqəsi çərçivəsində tələbələr ideyalarını real biznes ehtiyacları əsasında inkişaf etdirmək, prototiplər hazırlamaq və onları şirkətin rəhbər heyətinə təqdim etmək imkanı qazandılar. Bir neçə ay davam edən təlim və mentorluq prosesi iştirakçılara layihələrin idarə edilməsi, innovativ düşüncə və təqdimat bacarıqlarını inkişaf etdirməyə kömək etdi. İnanırıq ki, əldə etdikləri bilik və təcrübə onların gələcək peşəkar inkişafına müsbət töhfə verəcək”.

Müsabiqəyə “Coca-Cola” sisteminin əsas fəaliyyət istiqamətləri, o cümlədən məhsul və innovasiyalar, təchizat zənciri, istehsal, satış, logistika, insan resursları, maliyyə, ətraf mühit, rəqəmsallaşma və texnologiyalar üzrə ideyalar təqdim olunub.

Qeyd edək ki, “Coca-Cola”nın Azərbaycandakı fəaliyyəti 1996-cı ildə “Azerbaijan Coca-Cola Bottlers” MMC şirkətinin yaradılması ilə başlayıb. Şirkət Azərbaycanda tullantıların azaldılması, su ehtiyatlarının qorunması, eləcə də qadınların və gənclərin iqtisadi imkanlarının artırılması istiqamətində həyata keçirilən icma layihələrinə indiyədək 3 milyon ABŞ dollarından çox sərmayə yatırıb. “New Generation”, “From Start to Smart” və “Recyclathon” şirkətin Azərbaycanda dəstəklədiyi layihələr sırasındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri