“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək AÇIQLAMA VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
“Bolt bu dəfə məşhur ulduzun paytaxtımızın qonağı olduğu tədbirdə tərəfdaşlığını təqdim edib.
Bu barədə nəqliyyat eksperti nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial media hesablarında canlı yayım zamanı məlumat verib. O bildirib ki, hamının maraqla izlədiyi “Game of Thrones” və “Stranger Things” ulduzu həftə sonu Bakıya gələcək.
“Sentyabrın 13-də “Baku Ekspo Center”də keçiriləcək “Baku Film & Comic Con” kino, serial, komiks, anime, oyun və kospley həvəskarlarını bir araya gətirəcək. Tədbirin tərəfdaşlarından biri olan “Bolt for Business” qonaqların məkana daha rahat gediş-gəlişinə dəstək verəcək. Festivalın əsas qonaqlarından biri “Game of Thrones” serialında “Jaqen H’ghar” və “Stranger Things”də “Dmitri Antonov (Enzo)” obrazları ilə tanınan dünya şöhrətli aktyor Tom Vlaşixa olacaq. Tədbir çərçivəsində təşkilatçılar “Bolt for Business”in korporativ idarəetmə platforması vasitəsilə qonaqlar üçün xüsusi gediş endirimləri təqdim edə biləcəklər.
“Baku Film & Comic Con” proqramına səhnə müsahibələri, kospley şousu, K-POP müsabiqəsi, oyun turnirləri, master-klaslar, anime məhsullarının yarmarkası və 20-dən çox interaktiv zona daxildir. “Bolt for Business” şirkətlərə və təşkilatlara əməkdaşların, qonaqların və tərəfdaşların işgüzar səfərlərini vahid platformadan idarə etməyə imkan verən həll təqdim edir. Platforma vasitəsilə səfərlərin təşkili, gedişlərin idarə olunması və xərclərə nəzarət daha sadə və çevik həyata keçirilə bilər.
“Bolt” üçün belə tədbirlərə dəstək yalnız məkana gediş-gəlişi asanlaşdırmaq deyil, həm də iştirakçılara şəxsi avtomobildən istifadə etmədən rahat alternativ təqdim etmək deməkdir. “Baku Film & Comic Con” kimi geniş auditoriyanı bir araya gətirən tədbirlərdə bu, həm qonaqların məkana daha rahat çatmasına, həm də parklanma və nəqliyyat yükünün azalmasına töhfə verə bilər. “Bolt for Business” isə təşkilatçılara qonaqların gedişlərini daha çevik şəkildə idarə etməyə və onlar üçün xüsusi nəqliyyat imkanları təqdim etməyə kömək edir.
13 sentyabrda “Baku Ekspo Center”də keçiriləcək “Baku Film & Comic Con” ziyarətçilərə kino və serial dünyasının məşhur simaları ilə görüşmək, müxtəlif əyləncə zonalarını kəşf etmək və pop-mədəniyyət atmosferini yaşamaq imkanı verəcək.
Biletlər “iTicket.az” üzərindən əldə edilə bilər”.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 10 Sentyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















