Icma.az
close
up
RU
“Bolt”dan kartla sifarişləri ləğv edən sürücülərə cərimə tətbiqi yeni qaydalar açıqlandı

“Bolt”dan kartla sifarişləri ləğv edən sürücülərə cərimə tətbiqi yeni qaydalar açıqlandı

Icma.az, News24 portalına istinadən məlumat verir.

Sosial şəbəkə platformalarında Azərbaycanda fəaliyyət göstərən “Bolt” taksi şirkəti ilə bağlı yeni iddialar gündəmə gəlib.

Paylaşılan məlumatlara görə, kart ödəniş üsulunu seçən müştərilərin sifarişlərini qəbul etdikdən sonra əsassız şəkildə ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə tətbiq olunur. İddialara əsasən, şirkət bu addımı müştəri məmnuniyyətini qorumaq və platformanın sabit işləməsini təmin etmək məqsədilə atıb. Kart ödənişli sifarişlərin ləğv edilməsi həm istifadəçilər arasında narazılıq yaradır, həm də xidmətin keyfiyyətinə mənfi təsir göstərir.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq “Bolt” şirkətindən bildirib ki, əsas məqsəd tətbiq vasitəsilə həm xidmət göstərən sürücülər, həm də sərnişinlər üçün təhlükəsiz və rahat səfər təmin etməkdir:

“Bolt tətbiqi vasitəsilə sifariş olunan səfərlərin ödənişi həm kart, həm də nağd şəkildə həyata keçirilə bilər. Sürücü tərəfindən kartla ödəniş olunan səfərin ləğv edilməsi qəbulolunmazdır. Bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur. "Bolt"un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür". 

Şikrətdən bildirilib ki, Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən tərəfdaş sürücülər üçün “erkən nağdlaşdırma” funksiyasını aktiv edilib:  

“Bu yenilik sayəsində sürücülər qazandıqları vəsaiti həftəlik ödənişi və hesablaşmanı gözləmədən, gündəlik olaraq bank kartları vasitəsilə nağd şəkildə əldə edə bilirlər. Beləliklə, kartla ödənilən məbləği sürücü gündəlik olaraq öz bank hesabından və ya ona bağlı bank kartından çıxara bilər. Hazırda sürücülərin bank kartı ilə sifarişləri rədd etmək üçün heç bir əsaslı səbəbləri yoxdur. Sürücülər gündəlik olaraq Bolt platforması üzərindən qazandıqları vəsaiti bank kartları vasitəsilə əldə edə bilərlər". 

Şirkət qeyd edib ki, sürücü tərəfindən yuxarıda göstərilən hallar baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, "Bolt"un şərt və qaydalarına uyğun olaraq, hər bir imtinaya görə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq oluna bilər. Təkrarlanan pozuntu hallarında isə sürücünün "Bolt" xidmətlərindən istifadə hüququ məhdudlaşdırıla və ya bloklana bilər.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri