Icma.az
close
up
RU
Kartla sifarişdən imtina edən sürücülər bloklanacaq “Bolt”dan XƏBƏRDARLIQ VİDEO

Kartla sifarişdən imtina edən sürücülər bloklanacaq “Bolt”dan XƏBƏRDARLIQ VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün dünyada texnologiyanın inkişaf etməsi insanların texnoloji yenilikləri erkən mənimsəyərək inkişafına səbəb olur. Bu gün istər alış-veriş, istərsə də sifarişlər zamanı, həyatımızın hər anında nağdsız ödəniş seçimimizin olması həm daha sürətli, həm də daha rahat şəkildə istəklərimizə çatmağımıza kömək edir. Lakin bizim istəklərimiz bəzi məqamlarda başqalarının iş həyatına maneə yarada bilir.

Son günlər vətəndaşların taksi sifarişi zamanı nağdsız ödəniş üsulunu üstün tutmasının sürücülər tərəfindən imtina verməsi ilə nəticələnməsi narazılıq yaradır. Nəticədə, sərnişinlə sürücü arasında mübahisələr yaranır. Tələsən sərnişin bir neçə sifariş sonrasında öz istəyinə çatır, amma artıq o, gedəcəyi ünvana gecikib.

Bir çox hallarda nağdsız sifariş edən sərnişin hətta götürlmə yerinə yaxınlaşdıqdan sonra sürücünün imtina verməsinin şahidi olur. Sürücülər bunu kartla ödənişin sərf etməməsi ilə əlaqələndirir. Lakin taksi şirkətləri bu halların qarşısını da ala bilmək üçün müəyyən yeniliklər edib.

Bu barədə Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı nəqliyyat eksperti Elməddin Muradlı şərh verib. O qeyd edib ki, nağdsız sifarişlərdən imtina edən sürücülər şirkətlər tərəfindən cəzalandırılır:

“Bolt şirkəti ilə bağlı bir sıra iddialar irəli sürülüb. İddialardan biri budur ki, guya “Bolt” şirkəti kartla sifarişdən imtina edən sürücüləri cərimələyir. Bununla bağlı şirkətə sorğu ünvanladıq və ”Bolt” cavab olaraq bildirdi ki, hansısa cərimədən söhbət belə gedə bilməz. Açıqlamada bildirilib ki, “Bolt” şirkətinin əsas məqsədi tətbiq vasitəsilə həm xidmət göstərən sürücülər, həm də sərnişinlər üçün təhlükəsiz və rahat səfər təmin etməkdir.

“Bolt” tətbiqi vasitəsilə sifariş olunan səfərlərin ödənişi həm kart, həm də nağd şəkildə həyata keçirilə bilər. Sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır. Bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur. “Bolt”un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür.

“Bolt” şirkəti Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən tərəfdaş sürücülər üçün “Erkən Nağdlaşdırma” funksiyasını aktiv edib. Bu yenilik sayəsində sürücülər qazandıqları vəsaiti həftəlik ödənişi və hesablaşmanı gözləmədən gündəlik olaraq nağd şəkildə öz bank kartları vasitəsilə əldə edə bilirlər. Beləliklə, kartla ödənilən məbləği də sürücü gündəlik olaraq öz bank hesabından və ya ona bağlı bank kartından çıxara bilir. Hal-hazırda sürücülərin bank kartı ilə sifarişləri rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur. Sürücülər gündəlik əsasda “Bolt” platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsi ilə əldə edə bilərlər.

Lakin sürücü tərəfindən yuxarıda göstərilən hal baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, “Bolt”un “Şərtlər və Qaydalar”ına uyğun olaraq, belə hallarda hər bir imtinaya görə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər və ya həmin pozuntu təkrarlanarsa, sürücünün “Bolt” Xidmətlərindən istifadə hüququ məhdudlaşdırıla (bloklana) bilər”.

Elməddin Muradlı bildirib ki, bir çox hallarda sürücü müştəriyə zəng edib sifariş kartladırsa, imtina edin deyir:

“Üstəlik, bunu sifarişin qəbulundan 20 dəqiqə keçəndən sonra deyir. Bu nə qədərər ədalətlidir? Sürücülər öz mənafeləri baxımından bu addımları atırlar. Bir çox hallarda vətəndaşlar, onsuz da, kartla sifariş verir. Mən özüm də taksidən istifadə edirəm. Bu yaxınlarda sifariş vermişdik, “BYD” markalı avtomobilin yaxınlaşacağını göstərmişdi tətbiqdə. Yaxınlaşan isə “Prius” oldu. Sürücü yəqin ki, məni tanıdı və sifariş nöqtəsindən uzaqlaşdı.
“Bolt” qaydaları pozan sürücülərin hesabını bloklayır. Əgər sabah başqa bir şirkətlə də əməkdaşlıq etsəz və onlar da bilsə ki, siz bu səbəbdən “Bolt”da bloklanmısız, o zaman sizin üçün çətin olacaq”.

Ekspert, həmçinin “Bolt”un daha bir yeniliyi olan “Bolt Accelerator” sahibkarlıq proqramı barədə də məlumat verib. Vurğulayıb ki, şirkətin təşkil etdiyi sahibkarlıq proqramı üzrə ilk təlim baş tutub:

“Sürətləndirici  proqram hələ də davam edir. 20 sentyavr tarixinədək davam edən müraciət mərhələsində proqram böyük maraq doğurub. Ümumilikdə 900-ə yaxın müraciət qəbul edilib. Onlardan 220 iştirakçı növbəti mərhələyə seçilib.

25 sentyavrda isə proqram çərçivəsində ilk təlim baş tutub. Təlimə təxminən 110 seçilmiş iştirakçı qatılıb. Sessiya mövzusu “Sahibkar kimi dü.ünmək və startapın qurulmasında amillə” idi. Təlimi sahibkarlıq və startap ekosistemində geniş təcrübəyə malik olan Vüsal Süleymanlı keçib.

Ümumilikdə 8 təlim yekunlaşdıqdan sonra iştirakçılar mövzulara uyğun imtahanda iştirak edəcəklər. Uğurlu nəticə göstərən 20 iştirakçı isə növbəti mərhələdə individual mentorluq və təlimlərdən yararlanacaq. Proqramın sonunda keçiriləcək Demo Day-də həmin 20 iştirakçı öz ideyalarının təqdimatını edəcək.

“Bolt Accelerator” proqramı seçilmiş iştirakçılara sahibkarlığa başlamaq üçün zəruri bilikləri, bacarıqları və mentor dəstəyi təqdim edir. Seçim mərhələsindən keçən iştirakçılar qarşıdakı aylarda bir sıra təlim və mentorluq sessiyalarında iştirak edərək ideyalarını inkişaf etdirmək imkanı qazanacaqlar.

“Bolt”un Azərbaycan üzrə Baş əməliyyat meneceri Ramil Məhərrəmov bildirib ki, proqramın böyük maraqla qarşılanması bizi çox sevindirir.

“İlk təlimdə iştirakçıların enerjisi və ideyaları göstərir ki, bu təşəbbüs ölkəmizdə yeni sahibkarlıq hekayələrinin başlanğıc nöqtəsi olacaq."

Proqram “SUP VC” şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir və yekunda ən güclü ideyaların müəllifləri 36,500 AZN məbləğində mükafat fondu uğrunda mübarizə aparacaqlar”.

Elməddin Muradlının “Bolt”dakı yenilikləri şərh etdiyi həmin videonu sizə təqdim edirik.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri