Icma.az
close
up
RU
Boludakı yanğınla bağlı ittiham aktı hazırlandı ağır cəzalar gözlənilir

Boludakı yanğınla bağlı ittiham aktı hazırlandı ağır cəzalar gözlənilir

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Bolu vilayətində “Grand Kartal” dağ-xizək kurortundakı oteldə baş verən yanğınla bağlı istintaq aparan prokurorluq ittiham aktı hazırlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluq 13 nəfəri 70-dən çox maddə üzrə təqsirli hesab edir.

Onların hər biri üçün ittiham tərəfi 1998 ilə qədər həbs tələb edir. Bu şəxslərə otel sahibləri, idarə heyəti üzvləri və menecerlər daxildir.

Daha 22 müttəhimin hər birini 22,5 il həbs cəzası gözləyir.

İttiham aktı Bolu prokurorluğu tərəfindən hazırlanıb və həmin vilayətin məhkəməsinə göndərilib.

Faciədə əli ola biləcək Türkiyə Turizm Nazirliyinin məsul şəxsləri ilə bağlı iş ayrı-ayrılıqda araşdırılır. Hələlik onlara qarşı heç bir ittiham yoxdur.

İstintaq müəyyən edib ki, yanğına düzgün qulluq edilməyən manqal termostatı səbəb olub. Vəziyyəti tüstüdən təmizləmə sisteminin olmaması və bir sıra nasazlıqlar daha da ağırlaşdırıb.

Araşdırmalar göstərib ki, hazırlanmış fövqəladə hallar planı adekvat olmayıb, şəxsi heyətin yanğın zamanı nə edəcəyini bilməməsi faciənin miqyasını artırıb.

Yada salaq ki, yanvarın 21-də “Grand Kartal” otelində baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Yanğınla bağlı aparılan araşdırmalar çərçivəsində 19 nəfər həbs edilib. Onların arasında otelin sahibi, meneceri, kurortun yaxınlığında yerləşən Bolu şəhərinin meriyasının nümayəndələri də var.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 May 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri