Icma.az
close
up
RU
Hamiləlik dövründə D vitamini nə üçün vacibdir?

Hamiləlik dövründə D vitamini nə üçün vacibdir?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan orqanizmində D vitamininin əvəzolunmaz rolu var və o bir çox sağlamlıq parametrlərinin indikatorudur. Eyni zamanda, bu vitamin çatışmazlığının hamilə qadınların sağlamlığına da təsiri var.

Oxu.Az xəbər verir ki, D vitaminin qəbul edilmə yolları, sağlamlığa təsiri və çatışmazlığının fəsadları ilə bağlı suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva aydınlıq gətirib:

- Aynurə xanım, D vitamini nədir, hansı funksiyaları var?

- D vitamini çox vaxt "Günəş vitamini" kimi tanınır, çünki insan orqanizmi onu, əsasən, Günəş şüalarının təsiri ilə özü sintez edir. Lakin bu, sadə vitamin anlayışından daha artıqdır. D vitamini, əslində, hormonabənzər bir maddədir və hüceyrə səviyyəsində minlərlə prosesin idarəsində iştirak edir. Bu vitamin yağda həll olunur, qaraciyər və böyrəklərdə aktiv formaya çevrilərək öz funksiyasını yerinə yetirir.

Orqanizmdə D vitamininin əsas funksiyası kalsium və fosforun bağırsaqlarda sorulmasını təmin etməkdir. Bu, sümüklərin möhkəmliyini qorumaq və diş strukturunun normal inkişafı üçün vacibdir. Bundan əlavə, D vitamini əzələlərin gücünü, sinir sisteminin işləməsini və immun sisteminin effektiv fəaliyyətini dəstəkləyir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı təkcə fiziki deyil, həm də psixoloji pozuntulara səbəb ola bilər - məsələn, depressiya, yuxusuzluq və konsentrasiya pozuntuları. Beləliklə, D vitamini təkcə sümük sağlamlığı üçün deyil, həm də ümumi həyat keyfiyyəti üçün vacib amildir.

- Hamiləlik dövründə D vitamini niyə bu qədər vacibdir?

- Hamiləlik zamanı qadın orqanizmi bir sıra ciddi dəyişikliklərə məruz qalır. Bu dövr yalnız bir insanın yox, iki canlının - ana və dölün - paralel ehtiyaclarının qarşılanmalı olduğu kompleks bir bioloji mərhələdir. Bu səbəbdən bəzi vitaminlərə, xüsusilə də D vitamininə tələbat artır.

D vitamini dölün skelet sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Körpənin sümüklərinin formalaşması, diş toxumasının yaranması, sinir sisteminin və immun sisteminin sağlam inkişafı bu vitaminin iştirakı ilə baş verir. D vitamini həm də plasentanın normal fəaliyyətinə, dölə oksigen və qida maddələrinin düzgün daşınmasına kömək edir. Eyni zamanda, doğuş müddətinin tənzimlənməsində və erkən doğuş riskinin azaldılmasında da mühüm rol oynayır.

Əgər hamilə qadının orqanizmində D vitamininin səviyyəsi aşağı olarsa, bu həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, bu vitaminin yetərsizliyi uşaqda raxit kimi sümük deformasiya xəstəliklərinə, zəif immun sisteminə və inkişaf geriliklərinə səbəb ola bilər.

- D vitamini əskikliyinin vaxtında təyin olunmaması ana və döl üçün gizli təhlükə sayılırmı?

- D vitamininin əskikliyi bəzən səssiz şəkildə irəliləyir, lakin təsirləri olduqca ciddidir. Hamilə qadınlarda bu çatışmazlıq, ilk növbədə, əzələlərdə zəiflik, tez yorulma, sümük ağrıları ilə özünü göstərir. Bununla yanaşı, yuxusuzluq, əhval pozğunluğu və depressiyaya meyillilik də müşahidə oluna bilər. Bu simptomlar çox zaman hamiləliklə əlaqələndirilərək ciddi qəbul olunmur, lakin kökündə D vitamini çatışmazlığı dayanır.

Bu çatışmazlıq gestasion diabetin, preeklampsiyanın və erkən doğuş riskinin artmasına səbəb olur. Həmçinin kalsiumun orqanizmdə düzgün paylanmaması nəticəsində ana osteoporoz riski ilə üzləşə bilər.

Döl üçün isə D vitamini çatışmazlığı, xüsusilə sümük sisteminin zəif formalaşmasına, aşağı doğum çəkisinə, zəif immunitetə, tez-tez infeksiyalara və hətta psixomotor inkişafın gecikməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı olan anaların körpələrində sonradan astma, allergik xəstəliklər və bəzi autoimmun problemlər inkişaf edə bilər.

- D vitamini çatışmazlığını necə bərpa etmək olar?

- D vitamini orqanizmə üç əsas yolla daxil olur: Günəş işığı, qidalar və tibbi əlavələr vasitəsilə. Günəş şüaları vasitəsilə dəri altında sintez olunan D vitamini təbii mənbə sayılır. Dərinin açıqda qalması və gün ərzində təxminən 15-20 dəqiqə Günəş altında olmaq bu prosesin baş verməsi üçün kifayət edir.

Qidalarla qəbul edilən D vitamini mənbələri arasında som balığı, siyənək, yumurta sarısı, balıq yağı, süd və süd məhsulları xüsusilə seçilir. Lakin bu məhsulların gündəlik istehlakı ilə D vitamini tələbatını tam qarşılamamaq mümkündür. Buna görə də xüsusilə hamilə qadınlara həkim məsləhəti ilə D vitamini əlavələri - damcı, kapsul və ya maye formada - təyin olunur. Bu preparatlar yalnız laborator analizlərdən sonra və həkim təyinatı ilə istifadə olunmalıdır.

- Hamiləlik zamanı D vitamini nə qədər qəbul olunmalıdır və necə istifadə edilməlidir?

- Hamiləlik dövründə bir qadının gündəlik D vitamini ehtiyacı təxminən 600-2000 IU (beynəlxalq vahid) arasında dəyişir. Bu rəqəm şəxsin yaşına, dərisinin Günəşə məruz qalma səviyyəsinə, bədən çəkisinə, yaşadığı iqlimə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişə bilər. Əgər analizlər nəticəsində D vitamini səviyyəsi aşağı çıxarsa, həkim bu ehtiyaca uyğun dozada preparat təyin edir.

D vitamini yağda həll olunan vitamin olduğu üçün yağlı yeməklərlə birlikdə qəbul etmək onun mənimsənilməsini artırır. Lakin diqqətli olmaq lazımdır - özbaşına, nəzarətsiz qəbul edilən yüksək doza sağlamlıq üçün təhlükəli ola bilər.

- D vitamini çatışmazlığının müalicəsi necə aparılır?

- D vitamini çatışmazlığını aşkar etmək üçün ən etibarlı üsul qan analizidir. 25-hidroksivitamin D [25(OH)D] səviyyəsinə baxılaraq orqanizmdə bu vitaminin miqdarı müəyyən olunur. Əgər səviyyə normadan aşağıdırsa, həkim qısamüddətli yüksəkdozalı müalicə kursu təyin edə bilər. Daha sonra isə saxlayıcı, yəni profilaktik dozaya keçid edilir və bu dövrdə mütəmadi təkrar analizlərlə vitaminin səviyyəsi nəzarətdə saxlanır.

Planlı şəkildə hamilə qalmaq istəyən qadınlar üçün bu analizlərin hamiləlikdən əvvəl verilməsi tövsiyə olunur. Beləliklə, həm hamiləlik daha rahat keçir, həm də körpənin inkişafında ciddi problemlərin qarşısı alınır.

- Ana südü dövründə D vitamini qəbulunun davam etdirilməsi tövsiyə olunurmu?

- D vitamini ehtiyacı doğuşdan sonra da davam edir. Əksinə, bu dövrdə həm ananın bərpası, həm də körpənin düzgün inkişafı üçün bu vitamin daha da önəm qazanır. Ana südü ilə qidalanan körpələr üçün lazım olan D vitamini məhz ana orqanizmindən ötürülür. Əgər ana kifayət qədər D vitamini qəbul etməzsə, bu, körpədə sümük zəifliyi, raxit və infeksiyalara qarşı zəif müqavimətə səbəb ola bilər.

Bu səbəbdən süd verən analara da, hamiləlik dövründə olduğu kimi, həkim nəzarətində vitamin qəbulu tövsiyə olunur. Bu, həm ananın, həm də körpənin sağlamlığı üçün əvəzolunmazdır.

- D vitamininin dozası artıq olarsa, bu nə kimi hallara səbəb ola bilər?

- D vitamininin azlığı qədər artıqlığı da təhlükəlidir. Yüksək dozada qəbul olunan D vitamini qanda kalsiumun səviyyəsini artıraraq hiperkalsemiyaya səbəb ola bilər. Bu isə ürəkbulanma, halsızlıq, susuzluq, iştahasızlıq, qusma, böyrək daşı əmələ gəlməsi və hətta orqan zədələnməsi ilə nəticələnə bilər. Bu səbəbdən, D vitamini preparatları yalnız həkim nəzarəti altında, dəqiq analiz nəticələrinə əsaslanaraq qəbul edilməlidir. Xüsusilə hamiləlik dövründə "profilaktika məqsədilə" yüksək dozada qəbul tamamilə risklidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri