Icma.az
close
up
RU
Bombalar yeri silkələyir: Savaş zəlzələ yaradır

Bombalar yeri silkələyir: Savaş zəlzələ yaradır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər dünyanın müxtəlif nöqtələrində ardıcıl zəlzələlərin baş verir. 

Məsələn, dünən - aprelin 26-da Türkiyədə qısa zaman ərzində iki zəlzələ qeydə alınıb. İlk hadisə yerli vaxtla saat 08:01-də Bingöl vilayətinin Yedisu bölgəsində 4,4 bal gücündə, təxminən 40 dəqiqə sonra isə Balıkəsirin Sındırgı rayonunda 3,1 bal gücündə növbəti təkanlar baş verib. Həmin gün Xəzər dənizində də 3,2 bal gücündə zəlzələ qeydə alınıb. 

Bundan başqa, Yaponiyanın Hokkaydo bölgəsində 6,2 bal gücündə güclü bir zəlzələ baş verib. Qeydə alınan yeraltı təkanlar bir sualı gündəmə gətirir, bu silkələnmələr təbii proseslərin nəticəsidir, yoxsa insan müdaxiləsi burada rol oynayır? 

"Cebheinfo.az” xəbər verir ki, bəzi iddialar zəlzələlərin yalnız təbii səbəblərlə izah olunmasının yetərli olmadığını göstərir. Belə ki, son dövrlərdə dünyanın bir çox yerində müharibələr və silahlı qarşıdurmalar davam edir. 

Qarşıdurmalarda genişmiqyaslı bombardmanlardan, yeraltı bunkerlərə qarşı istifadə olunan ağır bombalardan və yüksək dağıdıcı gücə malik raketlərdən istifadə olunur. Düşünülür ki, bu proseslər zəncirvari təsir yaradaraq yeraltı süxurların hərəkətlənməsinə gətirib çıxarır. Bu cür güclü partlayışlar yer səthində olduğu kimi, yerin dərin qatlarında da təsir yarada bilər. 

Yeraltı bunkerləri və dərinlikdə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulan betondələn bombalar bu baxımdan diqqət çəkir. Nəticədə yaranan güclü zərbə dalğalarının süxurlara təsir etdiyi, bəzi hallarda lokal geoloji tarazlığı poza biləcəyi iddia olunur. ABŞ, İsrail və bəzi NATO ölkələrinin arsenalında belə silahların olduğu məlumdur. 

Məsələn, ABŞ-nin çəkisi 10 tondan artıq olan güclü bombaları da mövcuddur. İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də İran-ABŞ-İsrail gərginliyi fonunda balistik raketlərdən geniş istifadə olundu. Bu silahların dağıdıcı gücü yalnız yerüstü infrastruktura deyil, həm də yeraltı qatlara təsir edə biləcək səviyyədə qiymətləndirilir. 

İddialara görə, böyük partlayışlar tektonik qırılma xətlərinə yaxın zonalarda əlavə vibrasiya və təzyiq dəyişiklikləri yarada bilər. Bu isə onsuz da gərgin vəziyyətdə olan fay xətlərində hərəkəti sürətləndirərək zəlzələyə təkan verə bilər. Onu da qeyd edək ki, müharibələrin qlobal miqyasda zəlzələlər yaratdığına dair qəti sübut yoxdur. 

Lakin insan müdaxiləsi nəticəsində, məsələn, lokal seysmik aktivliyin artması, xüsusilə mədən partlayışları, böyük su anbarları, neft-qaz hasilatı və yeraltı nüvə sınaqları zamanıbaş verən qırılmalar artıq elmə məlumdur. 

ABŞ-nin arsenalında yerin dərin qatlarında dağıdıcı partlayışlar törətməyə qadir müxtəlif raketlər və bombalar var. Bunlardan biri də “bütün bombaların anası” kimi adlandırılan GBU-43/B MOAB bombasıdır. Bu silah Əfqanıstanda da istifadə olunmuşdu. 

Bundan başqa betondələn və yerin dərin qatlarını vurmaq üçün istifadə olunan “MX – 84” bombaları var. Bu bombaları İsrailə də verib və bunlardan “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsində istifadə edilib.

Digər tərəfdən, Rusiya da “Oreşnik”, X-101 raketi kimi yüksək dağıdıcı gücə malik raketlərdən istifadə edir. Bu baxımdan, irihəcmli partlayışlar və hərbi əməliyyatlar yeraltı tektonik qatlara müəyyən təsir göstərə bilər. Lakin bunun birbaşa böyük zəlzələlərin əsas səbəbi olub-olmaması mübahisəli məsələdir. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: zəlzələ müharibə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Aprel 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri