Icma.az
close
up
RU
Bompard: Fransanı çıxılmaz vəziyyətdən çıxarmaq üçün Prezidentin impiçmenti ilə bağlı təklif təqdim edəcəyik

Bompard: Fransanı çıxılmaz vəziyyətdən çıxarmaq üçün Prezidentin impiçmenti ilə bağlı təklif təqdim edəcəyik

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 8 sentyabr, AZƏRTAC

Fransada siyasi gərginlik yeni mərhələyə daxil olur. Solçu “Əyilməz Fransa” (LFI) Partiyasının nümayəndəsi Manuel Bompard Prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması üçün LFI-ın təkrar impiçment təklifi təqdim edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Manuel Bompard bu haqda “franceinfo” televiziya kanalında verdiyi açıqlamada qeyd edib. “Sabah – sentyabrın 9-da, vəziyyəti bu durumdan çıxarmaq üçün Milli Assambleyada yenidən Prezidentin impiçmenti ilə bağlı təklif irəli sürəcəyik”, - deyə Bompard bəyan edib.

Bu açıqlama hökumətin taleyini müəyyən edəcək etimad səsverməsi ərəfəsində verilib. LFI-ın koordinatoru olan Bompard, Bayru hökumətinin süqutuna sevindiyini gizlətməyib. “Hökumətin bu gün süqut etdiyini görmək mənim üçün böyük bir sevincdir”, - deyə o bildirib.

Milli Assambleyada ifrat sağçı Milli Birlik (RN), eləcə də solçu partiyalar hökumətə qarşı səs verəcəklərini bəyan ediblər. Bompard bildirib ki, bu, çox sayda fransızlar üçün bir yüngülləşmə olacaq.

Fransada Prezidentin impiçmenti (vəzifədən uzaqlaşdırılması) çox nadir rastlanan prosedurdur və yalnız Konstitusiyanın 68-ci maddəsinə əsasən həyata keçirilə bilər. Bunun üçün hər iki palatada, – Milli Assambleyada və Senatda, – üçdə iki səs çoxluğu tələb olunur.

LFI partiyası artıq daha öncə də Prezidentin vəzifədən uzaqlaşdırılması üçün cəhdlər göstərmişdi, lakin bu təşəbbüslər uğurla nəticələnməmişdi. Bompardın bu yeni təşəbbüsü isə, siyasi böhranın və ictimai narazılığın yüksəldiyi bir vaxtda yenidən gündəmə gəlir.

Fransa siyasi tarixində sentyabrın 9-u hökumətin etimad səsverməsi, oppozisiyanın radikal çağırışları və ölkədə artan sosial narazılıq fonunda kritik bir gün ola bilər.

Manuel Bompard və LFI üçün bu, sadəcə, bir prosedur deyil, xalqın iradəsini siyasi mərkəzə qaytarmaq üçün bir çağırışdır. Hökumət süqut edərsə və impiçment təşəbbüsü güclü dəstək alarsa, Fransa yeni bir siyasi dönəmə qədəm qoya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri