Boqdanov HƏMAS nümayəndələri ilə telefon danışığı aparıb Doğru Xəbərlər
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk və HƏMAS-ın xaricdəki sədri Xalid Məşəllə telefon danışığı aparıb.
“Söhbətlər zamanı fələstinlilər Rusiyanın Fələstin xalqının qanuni hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl səylərinə, Fələstin probleminin ədalətli həlli lehinə prinsipial mövqeyimizə görə minnətdarlıqlarını ifadə ediblər”, – Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd edildiyi kimi, Həmas nümayəndələri də Qəzza zolağında böhranın həlli üçün İsraillə razılaşmadan gözləntilərini bölüşüblər.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs haqqında İsraillə razılaşmanı təsdiqləyib və münaqişədə dönüş nöqtəsini elan edib.
İsrail prezidenti İsaak Hersoq bunun düzgün və zəruri addım olduğunu deyib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 16 Yanvar 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















