Icma.az
close
up
RU
Borc yükü hansı mərhələdə riskə çevrilir? EKSPERT AÇIQLADI

Borc yükü hansı mərhələdə riskə çevrilir? EKSPERT AÇIQLADI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Son dövrlər kredit və istehlak borclarının artması əhalinin maliyyə dayanıqlığı ilə bağlı müzakirələri aktuallaşdırıb. Xüsusilə maaş kartları, kredit kartları və istehlak kreditləri vasitəsilə borclanmanın genişlənməsi fonunda “borc yükü hansı mərhələdə riskə çevrilir?” sualı daha tez-tez səslənir.

Bu kontekstdə əhalinin borclanma səviyyəsinin təhlükə yaradıb-yaratmaması maraq doğurur.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, hazırkı mərhələdə ciddi risklərdən danışmaq üçün əsas yoxdur və proses Mərkəzi Bankın nəzarəti altında həyata keçirilir:

“Kreditlər yalnız rəsmi və şəffaf gəlirlər əsasında verilir, qeyri-rəsmi qazanc nəzərə alınmır ki, bu da bank sektorunda risklərin minimuma endirilməsinə imkan yaradır. Kreditlərin verilməsi zamanı vətəndaşın aylıq gəliri əsas meyar kimi götürülür və ödənişlərin məbləği həmin gəlirin 45 faizini keçə bilməz. Bu qayda banklar tərəfindən ciddi şəkildə tətbiq olunur. Kredit kartları üzrə də limitlər mövcuddur – vətəndaşa maaşının beş mislindən artıq kredit limiti ayrılmasına icazə verilmir.

Mövcud tənzimləyici mexanizmlər və nəzarət alətləri əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib. Statistik göstəricilər də göstərir ki, ev təsərrüfatlarının borc yükü iqtisadiyyatın ümumi həcmi ilə müqayisədə aşağı səviyyədədir. Bu isə maliyyə sabitliyi baxımından müsbət göstərici kimi qiymətləndirilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri