Icma.az
close
up
RU
Borca yaşamaq modeli zəifləyir

Borca yaşamaq modeli zəifləyir

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Azərbaycanda ödəniş kartlarının sayı artsa da, kredit kartlarına maraq zəifləyib. Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə görə, vətəndaşlar borclanmaqdan daha çox, mövcud vəsaitlərini xərcləməyə üstünlük verib. Belə ki, hazırda ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartıdır. Son bir ildə debet kartların sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb.
Maraqlıdır, insanlar kredit kartlarından niyə imtina edirlər?
“Kredit kartlarının azalmasının səbəbi limitlərin tətbiqidir”

Bank eksperti Emin Kərimov deyir ki, kredit kartlarının azalmasının səbəbi limitlərin tətbiqidir: “Plastik kartlara açılan kredit xətlərində Mərkəzi Bank tərəfindən müəyyən limitlər tətbiq olunub. Əvvəllər daha yüksək məbləğlərdə kredit xətti açılırdısa, indi risklərin azaldılması məqsədilə bu göstərici əməkhaqqının 4-5 misli səviyyəsinə endirilib.

Kredit kartlarının mənfi tərəfi odur ki, digər adi kreditlərdə vəsait konkret qrafik üzrə ödənilsə də, kredit kartlarında bərpa olunan mexanizm mövcuddur. Yəni, şəxs vəsaiti istifadə edir, ödəniş etdikcə limit yenilənir və yenidən istifadə imkanı yaranır. Bu proses bir müddət davam etdiyindən, kredit tam bağlanma mərhələsinə çatdıqda vətəndaşlar müəyyən çətinliklərlə üzləşə bilirlər. Məhz bu səbəbdən risklərin azaldılması üçün requlyativ xarakterli addımlar atılıb. Onlardan biri də kredit məbləğlərinin nisbətən azaldılmasıdır”.
“Debet kartlar daha geniş imkanlara malikdir”
Bank eksperti deyir ki, debet kartların artmasının səbəbi ölkədə elektron ticarətin genişlənməsi, ümumilikdə biznes əməliyyatlarının rəqəmsal müstəviyə keçməsi və bankların nağdsız ödənişlərə daha çox üstünlük verməsidir: “Bu tendensiya qlobal miqyasda da müşahidə olunur və nağdsız ödənişlərin inkişafı kartlara tələbatı artırır. Eyni zamanda, bir şəxsin bir neçə kartdan istifadəsini məhdudlaşdıran ciddi tənzimləmələrin olmaması da debet kartların sayının artmasına təsir göstərir. Kredit kartlarından fərqli olaraq, debet kartlar daha geniş istifadə imkanlarına malikdir və yaş məhdudiyyəti baxımından da daha əlçatandır. Belə ki, 18 yaşdan yuxarı şəxslərlə yanaşı, valideynlər övladları üçün öz adlarına açılmış debet kartlardan istifadə imkanı yaradırlar. Bundan əlavə, ictimai nəqliyyatda və gündəlik ödənişlərdə plastik kartlardan istifadənin artması da bu tələbi gücləndirir. Nəticədə debet kartların dövriyyəsi və istifadəsi daha çox praktik zərurətdən irəli gələn bir tendensiyaya çevrilir”.
“Kredit kartından qaçış” və “debet karta axın”
Kredit mütəxəssisi İsmayıl Məmmədov hesab edir ki, “kredit kartından qaçış” və “debet karta axın” ölkəmizdə maliyyə savadlılığının təkamül mərhələsidir: “Azərbaycan istehlakçısı artıq “borc iqtisadiyyatı” (kreditlə yaşamaq) paradiqmasından çıxaraq, “vəsaitlərin ağıllı idarəedilməsi” (yığım, rəqəmsal ödəniş, keşbek) modelinə keçid edir. Bu, həm vətəndaşın şəxsi büdcəsi, həm də ölkə iqtisadiyyatının dayanıqlığı üçün müsbət, sağlamlaşdırıcı bir siqnaldır.

Statistik mənzərə sadəcə rəqəmlərin yerdəyişməsi deyil, Azərbaycan cəmiyyətində baş verən fundamental maliyyə-davranış qaydalarının dəyişdiyinin göstəricisidir. İnsan beyni qazandığı 10 manatın sevincindən təxminən 2 dəfə çox, itirdiyi 10 manatın ağrısını hiss edir. Kredit kartı üzrə effektiv illik faiz dərəcəsinin 25-28% səviyyəsində olması, istehlakçı tərəfindən şüuraltı olaraq “maliyyə itkisi” kimi kodlaşdırılır. Əvvəllər kredit kartı limiti “öz pulu” kimi qəbul edilirdi, artan maliyyə savadlılığı sayəsində bu “maliyyə itkisi” kimi kodlaşdırılır. Banklar isə bu psixoloji baryeri daha da gücləndirir”.
“Kredit kartı ən yüksək riskli, təminatsız məhsuldur”
Mütəxəssis bildirir ki, Mərkəzi Bank “məsuliyyətli borclanma” standartlarını sərtləşdirib: “Aylıq borc ödənişi rəsmi gəlirinin 45%-ni keçən şəxsə kredit kartı verilmir. Kredit kartı ən yüksək riskli, təminatsız məhsuldur. Beynəlxalq təcrübədə kart borcları ilk partlayan seqment olub. Azərbaycan bankları bu ssenaridən dərs çıxararaq, riskli seqmentdə kredit təkliflərini azaldırlar. Banklar üçün hazırda kredit kartı faizi qədər, debet kartı əməliyyatlarından əldə edilən gəlirlər dəyərlidir. Bu yanaşma sabit, proqnozlaşdırıla bilən gəlir axını təmin edir. Debet kartlara axının arxasında bankların yaratdığı güclü rəqəmsal həvəsləndirmə ekosistemi dayanır. Hazırda debet kartları sadəcə plastik kart deyil, “cashback”, “mil”, “qalıq faizi”, “taksit” kimi funksiyaları özündə birləşdirən maliyyə mərkəzinə çevrilib”.
“Debet kartlara olan 12%-lik artımın arxasında riyazi reallıq dayanır”
İsmayıl Məmmədovun sözlərinə görə, banklar debet kartlarını kredit kartlarından daha cəlbedici edir: “Məqsəd müştərini faiz gəliri ilə yox, nağdsız dövriyyənin həcmi ilə qazanclı etməkdir. Bu, həm müştəri, həm bank, həm də iqtisadiyyat üçün qazan-qazan modelidir. Banklar müştərilərinə borc götürməkdənsə, yığım və qənaət alətlərinə köklənməyə təşviq edir. Bu, həm müştəri rifahı, həm də bankın portfel keyfiyyəti üçün strateji seçimdir”.
Mütəxəssis prosesi 1500 AZN gəliri olan gənc üzərindən belə analiz edir: “Məsələn, 2000 AZN dəyərində noutbuk alışında kredit kartı ilə 12 aylıq ödəniş zamanı illik 26 faiz dərəcəsi nəzərə alındıqda, vətəndaş ümumilikdə təxminən 2280 AZN geri ödəyir və nəticədə 280 AZN əlavə xərc yaranır. Debet kart modelində isə vəziyyət fərqlidir. Şəxs vəsaiti əvvəlcədən debet kart hesabında topladıqda, qalıq məbləğə görə bankdan illik gəlir əldə edir, alış zamanı isə tərəfdaş şəbəkələr üzrə keşbek qazanır. Eyni 2000 AZN-lik alış zamanı beş faiz keşbek hesabına 100 AZN geri dönüş əldə olunur, kredit faizindən yayınmaqla birlikdə ümumi maliyyə üstünlüyü təxminən 380 AZN təşkil edir. Debet kartlara olan 12%-lik artımın arxasında məhz bu soyuq, riyazi reallıq dayanır”.
"Kaspi" (Aygün Əziz)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 May 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see373

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see334

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see322

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see313

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see312

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see303

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see255

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see249

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see240

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see238

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see234

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see231

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see228

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see223

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see220

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see217

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see195

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri