Icma.az
close
up
RU
Borçalılılar Göygöl yaylağının qonağıdır

Borçalılılar Göygöl yaylağının qonağıdır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi, Azərbaycan xalqının zəngin tarixə və dərin mədəni köklərə malik yaylaq və elat həyat tərzini təbliğ etmək, milli-mənəvi dəyərləri yaşatmaq məqsədilə Göygöl rayonunun ecazkar təbiəti ilə seçilən Xan yaylağında IV Milli Yaylaq Festivalı keçirilib. Üç gün davam edən tədbir həm yerli sakinlərin, həm də ölkənin müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn qonaqların marağına səbəb olub.

Festival elatların həyat tərzini əks etdirən çadırlar, milli geyimlərdə nümayişlər, zəngin əl işləri, milli musiqi və rəqs kollektivlərinin ifaları, aşıq sənəti nümunələri və folklor səhnəcikləri ilə zəngin olub. İştirakçılar həmçinin qədim Azərbaycan mətbəxinə aid yeməklərdən dadmaq imkanı qazanıblar.

Göygöl rayonu elat mədəniyyəti və dağlıq regionların sosial-iqtisadi inkişafı, turizm imkanları barədə seminar və müzakirələrə də ev sahibliyi edib.

Onu da qeyd edək ki, beynəlxalq səviyyədə maraq doğuran tədbirdə Gürcüstandan 18 nəfərlik nümayəndə heyəti də iştirak edib. Bu heyət “Alyans” Gənclər Mərkəzinin üzvləri, “Ceyran” rəqs ansamblı, Aşıq Nargilə və Aşıq Əfqan, müğənni Dito Kisişvili və “Şemoxmiandi” xor qrupundan ibarət olub. Onların çıxışları festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Borçalıların ifasında yaylaq mədəniyyətinin ayrılmaz hissəsi olan saz və söz sənəti bu tədbirdə öz orijinal ruhu ilə təqdim olunub. Gürcü xoru da bayrama xüsusi rəng qatıb.

“Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxışında qeyd edib ki, Gürcüstandan gələn nümayəndə heyətinin festivala qatılması, yalnız qonaqlıq xarakteri daşımır, bu addım iki ölkənin ortaq mədəni dəyərlərinin yaşadılması və gələcəkdə birgə layihələrin formalaşması üçün möhkəm zəmin yaradır. “Gənclərimizin hazırladığı əl işlərinin sərgilənməsi, rəqslər, musiqilər və aşıq sənətinin təqdimatı bu əməkdaşlığın bir nümunəsidir”.

Gürcüstanlı nümayəndələrin təqdim etdiyi çıxışlar, etnoqəsəbənin ziyarəti, sənətkarlıq guşələri və kənd təsərrüfatı sərgiləri kimi bölmələrdə fəal iştirakı, mədəni əlaqələrin xalqlar səviyyəsində nə qədər möhkəm təmələ söykəndiyini göstərib.

Tədbir çərçivəsində təşkil edilən səyyar “Sağlam həyat” layihəsi də iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər.

Ə.PÜNHAN
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri