Icma.az
close
up
RU
“Borcun ödənilməməsi birbaşa cinayət məsuliyyəti yaratmır MÜNASİBƏT BİLDİRİLDİ

“Borcun ödənilməməsi birbaşa cinayət məsuliyyəti yaratmır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Borcunu qaytarmayan şəxsi gözləyən cəza borcun mənbəyindən (yəni müqavilədən, məhkəmə qərarından və s.) və vəziyyətin detallarından asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Borcun ödənilməməsi birbaşa cinayət məsuliyyəti yaratmır, ancaq mülki və bəzi hallarda inzibati və ya dolayı yollarla cəzalandırma tədbirləri tətbiq oluna bilər.
İcra tədbirləri və məhdudiyyətlər
- Əgər şəxs məhkəmə qərarına baxmayaraq borcu qaytarmırsa:
- Ölkədən çıxışa qadağa:
- Bank hesabları dondurula bilər.
- Əmlaklarına və gəlirlərinə həbs qoyula bilər.
- Avtomobilinə, daşınmaz əmlakına və digər aktivlərinə yönəlik tədbirlər görülə bilər.
Aşağıdakı hallarda məsuliyyət artıq cinayət xarakterli ola bilər:
Əgər borclu bilərəkdən aldadaraq borc alıbsa (məsələn, yalan məlumatla və ya qaytarmaq niyyəti olmadan), bu zaman dələduzluq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tərkib yarana bilər.Azərbaycan Respublikasının Mülki Məcəllənin 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür”.Qanunvericilikdə borc müqaviləsinin tərəflərin razılaşmasından asılı olaraq, şifahi və ya yazılı qaydada bağlanması göstərilsə də şifahi qaydada bağlanmış müqaviləni məhkəmədə sübut etmək çətindir. Çünki borcun verilməsini təsdiq edən heç bir sübut məhkəmə tərəfindən təmin edilə bilmir.Məhkəmə məhz tərəflərin təqdim etdiyi sübutlara əsaslanaraq iş üzrə yekun qətnamə qəbul edir. Sübutlar sırasına şahid ifadələrini, şahidlərin və tərəflərin iştirakı ilə yazılı aktı, notarial müqavilə və ya imzanın həqiqiliyi təsdiq edilmiş ərizəni aid etmək olar. Hesab edirik ki, hər bir şəxs şifahi qaydada borc verərkən borc alandan ən azı pulun alınmasını təsdiq edən yazılı qəbz tələb etməli və ən azı 2 nəfər şahidin iştirakını təmin etməlidir. Yazılı müqavilənin, xüsusilə notarial müqavilənin olması daha üstün sübut əhəmiyyəti daşıyır.Notarial borc müqaviləsi ona görə üstün hüquqi qüvvəyə malikdir ki, borc tərəflərin və notariusun, və ya bu əməliyyatı təsdiq edən səlahiyyətli şəxsin iştirakı ilə verilir və bağlanmış müqavilədə tərəflərin imzasının həqiqiliyi təsdiq edilir.Mülki Məcəllədə göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu artıq qanunvericiliyin zəruri tələbidir”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:314
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri