Icma.az
close
up
RU
“Cinayətə görə Rusiya tərəfi məsuliyyəti boynuna götürsün” MÜNASİBƏT BİLDİRİLDİ

“Cinayətə görə Rusiya tərəfi məsuliyyəti boynuna götürsün” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan Rusiyaya qarşı heç bir addım atmayıb ki, qərəzli bir münasibət yaratsın”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

Rasim Musabəyov sözlərinə belə davam edib: “Konkret olaraq Rusiya ərazisində Azərbaycanın mülki təyyarəsinə qarşı cinayət törədilib. Deyilmir ki, bu cinayət bilərəkdən olunub. Ancaq bu baş verib və onun nəticəsində 40-a yaxın insan dünyasını dəyişib. Buna görə Azərbaycan Rusiya qarşısında tamamilə haqlı olaraq məsələ qaldırır ki, bu cinayətə görə Rusiya tərəfi məsuliyyəti boynuna götürsün. Hansı ki, öz səmasında mülki təyyarələrin təhlükəsizliyini təmin etməlidir. Konkret günahkarlar istintaqa cəlb olunsun, cəzalandırılsın və həyatını itirən insanların ailələrinə kompensasiya ödənilsin. Azərbaycanın bu tələbləri heç də Rusiyaya qarşı deyil. Dünyada qəbul olunmuş qaydalara uyğun şəkildə Azərbaycan bu məsələni qaldırır. Təəssüflər olsun ki, cavab yekəxana, şovinist şəkildədir. Elə bil ki, Azərbaycan Rusiyaya qarşı hansısa qanunsuz tələblərlə çıxış edir.

İndi kimlərsə süni şəkildə Azərbaycanla Rusiya arasındakı münasibətlərə gərginlik gətirmək istəyirlərsə, Azərbaycanın Rusiyadakı vətəndaşlarına qarşı yaramaz tədbirlər görmək hansı münasibətlərə cavab verir? Bu Azərbaycan üçün qəbulolunmazdır. Azərbaycan öz mövqeyini açıq şəkildə Rusiyaya çatdırır. Biz heç də hansısa çərçivəyə sığmayan tələblərlə Rusiyanın maraqlarına zidd hərəkət etmirik. Lakin Rusiya tərəfindən atılan hər bir mənfi addıma Azərbaycan etirazını da bildirəcək, cavabsız da qoymayacaq.

Rus Evinin Azərbaycanda işləməyi də qarşılıqlıdır. Siz bəhanə axtararaq Rusiyada Azərbaycan diaspor təşkilatını bağladırsınız, onun qeydiyyatını ləğv edirsiniz və gözləyirsiniz ki, Rus Evinə münasibət müsbət olacaq? Hər şey qarşılıqlıdır. Birtərəfli qaydada heç nə olmur”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri