Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ QANUNİ HƏLL YOLU...

Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ QANUNİ HƏLL YOLU...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Borc müqaviləsi mülki qanunvericiliyin ən əsas institutlarından biri olmaqla yanaşı, iqtisadi həyatın bütün sahələrində də geniş istifadə olunur. Lakin bu müqavilənin hüquqi təbiəti və tərəflərin öhdəlikləri ilə bağlı çoxsaylı suallar hələ də gündəmdədir.

Bəzən təcrübədə borc müqaviləsində qeyri-dəqiq və ya mübahisəli şərtlər müəyyən edilir ki, bu da tərəflər arasında mübahisələrin meydana çıxmasına səbəb olur. Yaxud da borc müqaviləsində ödənişin vaxtında yerinə yetirilməməsi ciddi hüquqi problemlərə səbəb ola bilir.

Ümumiyyətlə, bu müqavilənin anlayışı və forması qanunvericiliklə necə tənzimlənir? Borc müqaviləsi ilə bağlı tərəflər arasında yaranan mübahisələr necə həll olunmalıdır?".

Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib.

"Hər şeydən əvvəl, qeyd edək ki, bu müqavilə növünün tarixi klassik Roma hüququna qədər gedib çıxır. Belə ki, Roma hüququnda sözü gedən müqavilə “mutuum kontraktı” kimi tanınırdı. O dövrlərdə “Nexum” borcun ən qədim forması sayılırdı və adı çəkilən müqavilə forması XII cədvəl qanunlarında belə nəzərdə tutulurdu.

Hazırda borc müqaviləsi ilə bağlı mülki hüquq münasibətləri bir sıra ölkələrin qanunvericiliyi ilə də tənzimlənir. Məsələn, Almaniya mülki qanunvericiliyinin 2-ci kitabının 7-ci bölməsi, İtaliya Mülki Məcəlləsinin 4-cü kitabının 3-cü bölməsi, Hollandiya Mülki Məcəlləsinin 7-ci kitabı məhz borc müqaviləsinə həsr olunmuşdur.

Ölkəmizə gəlincə, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsinin 739-cu maddəsi borc müqaviləsinin anlayışı və formasını müəyyən edir. Belə ki, maddədə müəyyən olunur ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Elə dərhal qeyd edək ki, bu müqavilənin predmeti pul vəsaiti olaraq təkcə Azərbaycan manatı deyil, xarici valyuta da ola bilər.

Bir çox hallarda borc müqaviləsinin formasına riayət olunmaması tərəfləri əlverişsiz vəziyyətə sala bilir. Xüsusilə yazılı borc müqaviləsi bağlanmadan borc verənlər borc tələbi üzrə məhkəmədə qaldırdıqları iddialar zamanı borc vermə faktının, ya da müqavilə şərtlərinin sübutu zamanı dəlil yetərsizliyi ilə üzləşə bilirlər. Təbii ki, şifahi bağlanan borc müqavilələrindən qaynaqlanan məhkəmə mübahisələrində əsas dəlillər şahid ifadələri olur ki, çox zaman da tərəflərin öz tələblərini sübut etmək üçün məhkəmədə dindirilməsini istədikləri şahidlərin əksəriyyəti işdə maraqlı ola bilir. Məsələn, tərəflərdən birinin qohumu olan şahidin verdiyi ifadə bəzən məhkəmədə həqiqəti ortaya çıxarmaq üçün yetərli olmaya bilir.

Bu baxımdan borc müqaviləsinin formasına ciddi riayət olunması tələb olnur. Əlbəttə, bu müqavilə şifahi bağlana bilər. Amma bu zaman mülki qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Mülki Məcəllənin yuxarıda söhbət açdığımız maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Borc müqaviləsinin forması və şərtləri ilə bağlı xarici ölkələrin təcrübəsi də maraqlıdır. Məsələn, Almaniya borc müqavilələrinin bağlanması və icrası zamanı şəffaflığın təmin edilməsinə xüsusi diqqət yetirir. Müqavilənin bütün şərtləri yazılı şəkildə olmalıdır və şərtlər aydın şəkildə göstərilməlidir. Müqavilənin qeyri-dəqiq və ya anlaşılmaz şərtlərini nəzərə alaraq hüquq mühafizə orqanları belə mübahisələrin həllinə böyük önəm verir.

ABŞ-da da borc müqavilələrinin yazılı formada bağlanılmasına böyük önəm verilir. Ümumiyyətlə, bu ölkədə yazılı müqavilələr tərəflərin razılıqlarını dəqiq şəkildə əks etdirməlidir, çünki bu, məhkəmə mübahisələrində əsaslı sübut kimi qəbul edilir.

Ölkəmizdə borcun verildiyi günün müəyyən olunması da müddətin aydınlaşdırılması baxımından çox vacib praktiki məsələlərdən biridir. Qanunvericiliyə görə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

Onu da qeyd edək ki, Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

Borc müqaviləsi üzrə faizlərlə bağlı təfərrüatlı hüquqi tənzimləmə mülki qanunvericiliyin sözügedən maddəsində nəzərdə tutulur.

Adı çəkilən müqavilə ilə bağlı vətəndaşları daha çox maraqlandıran digər məsələlərdən biri də borc vermək və almaq öhdəliyinin birtərəfli qaydada ləğvinin mümkün olub-olmamasıdır. Qeyd edək ki, Mülki Məcəllənin 741-ci maddəsində birbaşa təsbit olunur ki, həmin məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.

Bəs, borc nə zaman qaytarılmalıdır? Mülki qanunvericilikdə bildirilir ki, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (Mülki Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər.

Beləliklə, sonda onu deyə bilərik ki, borc müqaviləsi bağlanarkən tərəflər arasında aydın anlaşma və razılaşmanın olması gələcəkdə yarana bilən potensial hüquqi mübahisələrin həllinə effektiv kömək ed bilər. Bu müqavilənin düzgün tərtib edilməsi və hüquqi baxımdan müvafiq standartlara cavab verməsi, həm borcverənin, həm də borcalanın maraqlarını qorumaq üçün əsas şərtdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri