Icma.az
close
up
RU
“Boris Pasternak, İosif Brodski: Rus şeirində iki səs, bir əks səda...” seminar

“Boris Pasternak, İosif Brodski: Rus şeirində iki səs, bir əks səda...” seminar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Xəzər Universitetində Dünya ədəbiyyatı fənni çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu “Boris Pasternak, İosif Brodski: Rus şeirində iki səs, bir əks-səda...” mövzusunda seminar keçirib.

AZƏRTAC xəbər verir ki, seminarın açılışında Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimləri - filologiya üzrə fəlsəfə doktorları Ülvi Babasoy və Qardaşxan Əzizxanlı çıxış ediblər. Çıxışlarda S.Babullaoğlunun ədəbi, ictimai fəaliyyəti haqqında məlumat verilib, onun yaradıcılığındakı ikimərhələli düşünmə modeli diqqətə çatdırılıb. Qeyd edilib ki, S.Babullaoğlunun B.Pasternak və İ.Brodski sənətinə müraciəti bu iki Nobel mükafatçısının yaradıcılığının onun şair ruhuna yaxınlığı ilə əlaqədardır.

S.Babullaoğlu əvvəlcə bütövlükdə XX əsr rus poeziyasından, onun ümumi mənzərəsindən söz açıb, sonra B.Pasternak və İ.Brodski yaradıcılığındakı simvolizmə diqqəti çəkib. O, Pasternakın “Hamlet” və “Qış gecəsi” şeirlərini, Brodskinin “Otaqdan çıxmayasan, səhv də buraxmayasan” və “Söyləmişəm həmişə, tale var ha, oyundur” misraları ilə başlayan poetik nümunələrini orijinalda və öz tərcüməsində səsləndirib, bu şeirlərin vizual mahiyyətinə toxunub, onların geniş təhlilini verib. Tanınmış şair, həmçinin poetik əsərlərin tərcümə texnikasından danışıb, şeirdə öz “səs və əks-səda” obrazlı deyiminə izah verib.

Dillər və ədəbiyyatlar departamentinin müəllimləri dosent Xatirə Yusifova və filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova səsləndirilən tərcümələrin az qala orijinal qədər təsirli və poetik olduqlarını dilə gətiriblər.

Səlim Babullaoğlu tədbir iştirakçılarının istəyi ilə “Həmin qadına məktub” və “İndi sükut tez-tez kəsir mənim sözümü” misrası ilə başlayan şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri