Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
Qərb ölkələrinin bir qismi Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib, lakin bunu açıq şəkildə elan etməyib.
Sitat.info- nun TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
"ABŞ Rusiya ərazisinin 300 km dərinliyinə öz silahları ilə zərbələrə icazə vermək barədə mühüm qərar qəbul edib. Aİ-də bu, milli səlahiyyətdir. Aİ ölkələrinin bir qismi artıq bunu edib, digərləri məhdudiyyətləri bu barədə danışmadan ləğv edib, üçüncülər isə susub", - deyə siyasətçi bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Bundan sonra Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə aviahücumlara razılaşıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Noyabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















