Boşandığı həyat yoldaşı ilə bağlı paylaşım etdi
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, rejissor Səidə Haqverdiyeva həyat yoldaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə boşandıqlarını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, rejissor keçmiş əri ilə bağlı paylaşım edib. O, R.Əhmədzadəni ad günü münasibətilə təbrik edib:
"Ad günün mübarək, əzizim. Mərd, dürüst və ədalətli olmaq heç də asan deyil. Belə qalmaq, heç nəyə baxmayaraq öz yolunla addımlamaq bəzən baha başa gəlir. Ucuz insanlar ucuz xarakterə malikdir. Amma atan Rüfət Əhmədzadəyə, baban Zülfüqar Əhmədzadəyə baxanda başa düşürəm ki, sən istəsən belə başqa cür ola bilməzsən. Sən mənim ustadımsan! Həm sənətdə, həm də həyatda müəllimimsən. Nə yaxşı ki, mən sənin kimi bir şəxsiyyətdən dərs almışam və alıram. Uzun yaşa! Gözəl yaşa! Allah hər zaman sənin köməyin olsun".
Qeyd edək ki, rejissor teatrda yaşanan bir çox qalmaqala görə həyat yoldaşından ayrıldığını demişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















